Avqust 12, 2026-13:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Ermənistana tarixində ilk dəfə müstəqil olma şansı verib

2026:05:13 - 16:00
in SİYASƏT
A A

Bu gün biz Ermənistanla sülh şəraitində yaşayırıq. Sülhün müəllifi isə təbii ki, Azərbaycandır. Çünki Prezident İlham Əlyev regionda düşmənçiliyin kökünü kəsmək, bundan sonra oxşar faciələrin baş verməməsini qarşısına məqsəd qoymuşdu. Bu isə qalıcı sülhdən asılı idi. Halbuki, Azərbaycan əsgəri Ermənistanı bütün hərbi cinayətlərinə görə cəzalandıra bilərdi. Buna həm gücümüz, həm də hüququmuz çatırdı.

Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.

Onun sözlərinə görə, keçən günləri xatırlayanda heç bir gücün bu cəzalandırma tədbirlərinin qarşısında dayana bilməyəcəyi bəlli olur.

“Amma bəzən görürük ki, Ermənistanı “qorumaq” istəyənlər meydana çıxır. Makronu, Avropanın Ermənistan-Azərbaycan sərhədindəki missiyasını nəzərdə tuturam. Axı kimi kimdən qoruyursuz? Bu “missiya” sülhü bizdən çoxmu istəyir. Yoxsa Makronamı sülh lazımdır. Məsələ burasındadır ki, nə Makron sülh istəyir, nə də ki, Avropadakı dostları ilə birgə regiona göndərdiyi “missiya”. Onlar regionda münaqişənin bitməsindən narahatdılar. Belələrini ən çox narahat edən isə Azərbaycanın uzatdığı sülh əli ilə Ermənistanın onların əlindən çıxmasıdır. Bəli, məhz Azərbaycan Ermənistana tarixində ilk dəfə müstəqil olma şansı verib. İndi mövcud olan sülh regionda münaqişədən bəslənən, bununla da Ermənistanı təzyiqlərlə və təhlükəsizlik sözü verməklə vassala çevirənlərin sonunu gətirdi. Prezident İlham Əliyev Zəngilana səfəri zamanı Ermənistanı bizdən qorumaq lazım deyil deyərək, əslində yeni yaranmış vəziyyətdən narahat olan qüvvələrə səslənirdi. Əslində Ermənistana Azərbaycandan başqası təhlükəsizlik zəmanəti verə bilməz. İrəvan sülhə sadiq olduğu müddətdə isə bu zəmanət qüvvədə qalacaq. Həmin qüvvələr vaxt var idi təkcə Ermənistana yox, Azərbaycana da təzyiq etmək istəyirdilər. ATƏT-in Minsk qrupu adı ilə regiona səfərlər edir, güya münaqişənin sonlandırılmasına çalışırdılar. Amma hər kəs də anlayırdı ki, onların əsas vəzifəsi münaqişənin davam etdirilməsi idi. Düzdür sonunda onlar da layiq olduqları kimi regiondan qovuldular.

İndi Azərbaycan regionun mənzərəsini yenidən formalaşdırır. Cənubi Qafqaz artıq müharibələr və bitməyən düşmənçiliklə deyil, sülh və əməkdaşlıq xəbərləri ilə ön plana çıxır. Orta Dəhliz, Şimal-Cənub Dəhlizi Azərbaycanın liderliyi ilə canlanmağa başlayır. Azərbaycan bu proseslərə Ermənistanın da daxil olmasını təmin etməklə düşmənçiliyin əməkdaşlıqla əvəzlənməsinə nail olur”, – deyə A.Balayev qeyd edib.

Əvvəlki Yazı

Səadət Yusifova: Azərbaycan mədəni irsin rəqəmsal transformasiyasında beynəlxalq əməkdaşlığa önəm verir

Növbəti Yazı

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.