İyun 6, 2026-19:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan guşəsi Astanada Novruz bayramına rəng qatıb

2026:03:20 - 18:21
in MƏDƏNİYYƏT
A A

Astanada Avrasiya Milli Universitetində Novruz bayramına həsr olunmuş təntənəli tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram çərçivəsində azərbaycanlıların “Xəzər” etnomədəni birliyinin gənclər qolu tərəfindən universitetin illik mədəni tədbirlərinin ənənəvi hissəsinə çevrilmiş “Azərbaycan guşəsi” təşkil olunub.

“Azərbaycan guşəsi”nin təşkilatçılarından biri “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə ikinci kurs tələbəsi, hökumətlərarası təqaüd proqramı ilə Azərbaycandan gəlmiş Aydan Əhmədzadə olub.

“Burada biz ənənəvi şirniyyatlarımız olan paxlava, şəkərbura, bayram xonçası və səməni təqdim edirik. İstədik ki, ölkəmiz bu bayramda layiqincə təmsil olunsun”, – deyə Aydan Əhmədzadə əlavə edib.

“Xəzər” etnomədəni birliyinin sədri Mahir Rzayev qeyd edib ki, tədbirdə iştirakının əsas məqsədi Azərbaycan mədəniyyətinin və Novruz ənənələrinin təbliğidir.

“Qardaş qazax xalqının mədəniyyətimizi tanıması çox vacibdir. “Azərbaycan guşəsi” universitetdə hər il təşkil olunur və artıq xoş ənənəyə çevrilib”, – deyə o vurğulayıb.

Universitetin tələbə və müəllimləri sərgiyə böyük maraq göstərərək iki ölkənin ənənələri arasında oxşarlıqları və özünəməxsusluğu qeyd ediblər.

Əvvəlki Yazı

Xan Şuşinskiyə həsr olunmuş tədbir – Muğamın Xan zirvəsi

Növbəti Yazı

Pezeşkyan Yaxın Şərqdə yeni təhlükəsizlik strukturu yaratmağı təklif etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.