“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 933 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 65 % çox) 4 min 883 ton (+2,1 dəfə), Qazaxıstandan 61,2 min ABŞ dolları dəyərində 490 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 27,4 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 28,1 ton (+9 dəfə) və Hindistandan 29,42 min ABŞ dolları dəyərində 35,7 ton kömür alıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Hindistandan kömür tədarükünü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş 21 min 709 ton kömürün 93,7 %-i Rusiyanın payına düşüb.
