Avqust 10, 2026-22:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan İƏT-in Mərkəzi Banklarının 7-ci Forumunda təmsil olunub

2025:10:01 - 11:13
in İQTİSADİYYAT
A A
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub.

“Report” AMB-yə istinadən xəbər verir ki, sədr forumda “Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr” mövzusunda çıxış edərək ödəniş sistemləri və transsərhəd əməliyyatlara dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

O, qlobal maliyyə mənzərəsində ən dinamik, strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandırıb, ödəniş xidmətlərinin, xüsusilə də transsərhəd ödənişlərin daha sürətli, şəffaf və əlçatan olmasının təmin edilməsi üçün rəqəmsal infrastruktura investisiyalar yatırılması, sistemlər arasında qarşılıqlı əlaqə yaradılması və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edilməsinin zəruriliyini vurğulayıb.

T.Kazımov “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində ölkəmizdə milli ödəniş sisteminin təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, həmçinin təhlükəsiz və effektiv ödəniş xidmətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.

OIC-COMCEC çərçivəsində mərkəzi banklar və monetar orqanların toplantıları 2009-cu ildən İstanbulda keçirilir. Bu toplantılar üzv ölkələrin mərkəzi bankları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi, birgə fəaliyyətlərin gücləndirilməsi, həmçinin monetar, bank və maliyyə məsələlərinin müzakirəsi üçün mühüm platforma hesab olunur.

Əvvəlki Yazı

Gənc hüquqşünaslar üçün “Lex Camp II – Xankəndi” layihəsi keçirilir

Növbəti Yazı

Baş prokuror: Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı daim islahatlar aparılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.