İyul 26, 2026-0:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Almaniya arasında əlaqələr strateji məzmun qazanıb ŞƏRH

2026:07:24 - 16:51
in SİYASƏT
A A
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi, dövlətlər arasında tərəfdaşlıq münasibətlərinin yeni təhlükəsizlik və iqtisadi reallıqlar fonunda yenidən formalaşdığı bir dövrdə Azərbaycan ilə Almaniya arasında əlaqələrin strateji məzmun qazanması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də məhz bu nöqteyi-nəzərdən iki ölkə arasında əməkdaşlığın yeni inkişaf mərhələsinin başlanğıcını ifadə edən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin ən mühüm siyasi nəticəsi ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanması oldu. Həmçinin Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması haqqında sənəd də iqtisadi əməkdaşlığın institusional əsaslar üzərində inkişaf etdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq” fikri təsadüfi xarakter daşımır. Strateji dialoq dövlətlər arasında yalnız siyasi təmasların intensivləşdirilməsi deyil, eləcə də regional və qlobal proseslər üzrə qarşılıqlı etimadın, koordinasiyanın və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması deməkdir.

“Qlobal enerji bazarında qeyri-müəyyənliyin davam etdiyi, eləcə də Avropanın enerji mənbələrinin şaxələndirilməsinə xüsusi önəm verdiyi bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycanın enerji siyasəti qarşılıqlı fayda, etibarlılıq və kommersiya prinsiplərinə əsaslandığı üçün Avropa dövlətləri ilə münasibətlərdə siyasi etimadın möhkəmlənməsinə də xidmət edir. İqtisadi əməkdaşlığın genişləndirilməsi də səfərin əsas nəticələrindən biridir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri Almaniya şirkətlərinin iştirakını genişləndirə bilər. Ağıllı şəhər konsepsiyası, alternativ enerji, sənaye parkları, müasir infrastruktur və rəqəmsal texnologiyalar sahəsində Almaniyanın qabaqcıl təcrübəsi Azərbaycanın inkişaf strategiyası ilə üst-üstə düşür və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır”, – deyə A.Qurbanova vurğulayıb.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və tranzit imkanlarına xüsusi yer ayrılması da Azərbaycanın geoiqtisadi əhəmiyyətinin artmasının göstəricisidir. Son illərdə ölkəmiz Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib. Azərbaycanın Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu daha da gücləndirib. Təbii ki, bu reallıq Almaniyanın iqtisadi maraqları ilə də üst-üstə düşür. Avropa sənayesinin təchizat zəncirlərini şaxələndirmək siyasəti fonunda Orta Dəhlizin əhəmiyyəti də getdikcə artır. Azərbaycanın müasir liman infrastrukturu, dəmir yolları və logistika imkanları Avropa ilə Asiya arasında təhlükəsiz və səmərəli yükdaşımaların təmin edilməsində mühüm rol oynayır. Ona görə də Birgə Bəyannamənin icrası məqsədilə işçi qruplarının yaradılması əldə edilmiş razılaşmaların praktiki nəticələrə çevrilməsinə xidmət edəcək.

“Səfərin siyasi məqamlarından biri də Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair verdiyi mesajlar oldu. Dövlətimizin başçısı Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin regionda uzun illər davam edən münaqişənin başa çatdırılması istiqamətində mühüm siyasi dönüş nöqtəsi olduğunu vurğuladı. Prezident İlham Əliyevin Almaniya hökumətinin sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirməsi də Berlinin regionda balanslaşdırılmış və praqmatik siyasət yürütmək niyyətini göstərir.

Səfər, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə Avropa İttifaqı rəhbərliyinin Azərbaycana ardıcıl səfərləri, enerji, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar göstərir ki, Brüssel Azərbaycanı Cənubi Qafqazda etibarlı və strateji tərəfdaş kimi qiymətləndirir. Almaniyanın Avropa İttifaqının aparıcı dövləti kimi bu prosesdə oynadığı rol isə Bakı ilə Brüssel arasında siyasi dialoqun daha da dərinləşməsinə əlavə imkanlar yaradır”, – deyə o əlavə edib.

 

Əvvəlki Yazı

Beynəlxalq təşkilatlara çağırış: Mina məsələsində daha prinsipial münasibət nümayiş etdirilməlidir

Növbəti Yazı

İmişlidə DOST filialı fəaliyyətə başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.