İyul 27, 2026-13:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Pakistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq daha da genişləndirilir

2026:07:22 - 11:24
in SİYASƏT
A A

Pakistanın hüquq və ədliyyə naziri Barrister Aqeel Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Ali Məhkəmədə olub.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətini salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələr hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Görüşdə qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən işlər, tətbiq olunan yeniliklər, hakimlərin seçilməsi, təyin edilməsi və fəaliyyətinin qiymətləndirilməsi mexanizmləri barədə ətraflı məlumat verilib.

Pakistanın hüquq və ədliyyə naziri Barrister Aqeel Malik səmimi qəbula görə təşəkkürünü bildirərək, hüquq sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin hər iki ölkənin məhkəmə sistemlərinin inkişafına və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

Növbəti Yazı

TASS: Drapatiyin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyinatı bir ay təxirə salına bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.