Avqust 8, 2026-10:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Mərkəzi Asiya dövlətlərinin Qərbə çıxışında mühüm tərəfdaşlardan birinə çevrili

2026:08:06 - 14:05
in SİYASƏT
A A

Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə çox sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri isə bu prosesin ən mühüm siyasi nəticələrindən biri oldu. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması iki ölkə arasında əlaqələrin artıq strateji tərəfdaşlıq çərçivəsini aşaraq daha yüksək siyasi səviyyəyə çatdığını göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, Azərbaycanla Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Lakin müasir dövlətlərarası münasibətlər yalnız tarixi yaxınlıqla ölçülmür. Burada siyasi iradə, iqtisadi maraqlar və gələcəyə hesablanmış konkret layihələr əsas rol oynayır. Prezident İlham Əliyev və Prezident Sadır Japarovun formalaşdırdığı qarşılıqlı etimad mühiti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfərin mühüm tərəflərindən biri də münasibətlərin iqtisadi məzmununun genişləndirilməsidir. Nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, turizm, təhsil və humanitar sahələr üzrə əməkdaşlığın geniş imkanları var. Qırğızıstanda, İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” kompleksinin açılması da Azərbaycanın bu ölkədə iqtisadi iştirakının konkret nümunələrindən biridir.

“Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin güclənməsində mühüm mövqeyə malikdir. Qırğızıstanla əməkdaşlığın dərinləşməsi də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə əlavə imkanlar yaradır. Xəzər vasitəsilə nəqliyyat bağlantılarının genişlənməsi perspektivində Azərbaycan Mərkəzi Asiya dövlətlərinin Qərbə çıxışında mühüm tərəfdaşlardan birinə çevrilir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin əsas siyasi mesajı ortaq tarixi keçmiş üzərində müasir maraqlara və qarşılıqlı faydaya əsaslanan yeni əməkdaşlıq modeli qurulmasıdı. Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki dövlət üçün yox, bütövlükdə Türk dünyasında siyasi və iqtisadi əməkdaşlığın gələcəyi baxımından mühüm hadisədir”, – deyə S.Qurbanov qeyd edib.

Əvvəlki Yazı

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi Şərqlə Qərb arasında yeni enerji körpüsü formalaşdırır  

Növbəti Yazı

Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.