Avqust 13, 2026-22:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan, Macarıstan və Qazaxıstan MN arasında hərbi informasiya üzrə işçi görüşü keçirilib

2026:08:13 - 16:43
in SİYASƏT
A A
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində Azərbaycan, Macarıstan və Qazaxıstan Müdafiə nazirlikləri arasında hərbi informasiya sahəsində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə qonaqlara Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı informasiya təminatı, dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb.

Sonra nümayəndə heyətlərinə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən informasiya, kommunikasiya, hərbi-mülki əməkdaşlıq (CIMIC), ictimaiyyətlə əlaqələr, nazirliyin rəsmi sosial media platformaları, eləcə də vətəndaş müraciətləri sahəsində görülən işlərlə bağlı brifinqlər təqdim edilib.
Görüşdə, həmçinin hər üç ölkənin ordusunda strateji kommunikasiya işinin, informasiya fəaliyyətinin və hərbi-mülki əməkdaşlığın təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi informasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Daha sonra nümayəndə heyətləri Hərbi Nəşriyyat, “Azərbaycan Ordusu” qəzetinin redaksiyası, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Əvvəlki Yazı

“Toxumçuluq haqqında” qanunun tətbiqinə başlanılır

Növbəti Yazı

Mingəçevirdə Kürdə batan şəxsin meyiti tapılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.