Aprel 19, 2026-1:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan nümayəndə heyəti Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib

2026:03:30 - 18:00
in SİYASƏT
A A
Azərbaycan Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib.

Bu barədə “Report”a MEDİA-dan məlumat verilib.

Ziyarət zamanı Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir tərəfindən Mərkəzin fəaliyyət istiqamətləri, institusional strukturu, habelə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən layihələr və tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, mərkəz müasir informasiya mühitində saxta və manipulyativ məzmunların operativ şəkildə aşkarlanması, təhlili və qarşısının alınması istiqamətində sistemli fəaliyyət həyata keçirir.

Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiya ilə mübarizə sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq təcrübə və effektiv mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal mediada etibarlı məlumat mühitinin formalaşdırılması, habelə analitik təhlil imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.

Əvvəlki Yazı

31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir – RƏY

Növbəti Yazı

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, NATO qüvvələri İrandan respublika ərazisində atılan raketi ələ keçirib.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.