Avqust 13, 2026-15:25
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan Özbəkistana elektrod ixracına başladı

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb.

İZİA-dan Teleqraf-a verilən məlumata görə, şirkət tərəfindən bu ölkəyə ümumilikdə 200 ton həcmində məhsul göndərilməsi nəzərdə tutulur. Bu həmçinin, Azərbaycanın Özbəksitana ilk elektod ixracıdır.

Qeyd edək ki, “Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir. İnvestisiya dəyəri 7,5 milyon manat olan zavodda 20 nəfər daimi işlə təmin edilib.