Avqust 12, 2026-0:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü geosiyasi baxımdan olduqca səmərəlidir

2026:08:11 - 16:40
in SİYASƏT
A A

Türkiyə ilə Azərbaycanın strateji müttəfiqlik əlaqələri və hər iki dövlətin həyata keçirdiyi infrastruktur layihələri nəqliyyat dəhlizlərinin inkişafına, Avrasiya regionunda iqtisadi və siyasi dividendlər qazanmasına imkan yaradıb. Şərq-Qərb istiqamətində fəaliyyət göstərən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çindən başlayaraq Avropaya qədər uzanır ki, bu dəhlizin də mərkəzində Türkiyə ilə Azərbaycan dayanır.

AZƏRTAC xəbər verir ki, bu gün Avrasiya regionunda baş verən iki müharibə Şərq-Qərb nəqliyyat marşrutları arasında Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizinin fəaliyyətini artırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, son 5 ildə Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 16,5 faiz artıb. Bu, Ələt Limanının konteyner aşırma gücünün 100 min TEU-dan 150 min TEU-ya, limanın illik yükaşırma gücünün isə 15 milyon tona çatdırılması nəticəsində baş verib. Bu rəqəmlər Orta Dəhlizin yaradılması üçün 10 il əvvəl yatırılan sərmayənin hədər olmadığını göstərir.

Türkiyənin beynəlxalq təhlükəsizlik məsələləri üzrə eksperti, professor Ali Fuat Gökçe bildirib ki, Orta Dəhlizin funksionallığının artırılması istiqamətində Türkiyədə olduqca əhəmiyyətli işlər görülüb. Onun fikrincə, Cənubi Qafqaz, Çin, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrinin Avropa ilə ticarət əlaqələri Orta və Zəngəzur dəhlizləri vasitəsilə həyata keçiriləcək. Hər iki dəhlizin Avropaya çıxışı Türkiyədən keçir.

Bunun üçün isə Türkiyədə iki mühüm layihə həyata keçirilib. Bunlardan biri 2016-cı ildə istismara verilən, İstanbulda Bosfor boğazının altından keçən 14,6 kilometrlik avtomobil tuneli, digəri isə 2013-cü ildə istifadəyə verilən və 13,5 kilometrlik uzunluğa malik olan Mərmərə dənizaltı dəmir yolu tunelidir. Bu layihələr iki qitəni birləşdirərək Avrasiya regionu boyunca yerləşən bütün dövlətlərin ticarət əlaqələrini artırır. Avropa İttifaqına daxil olan dövlətlər də bu səmərəli marşrutdan istifadə etməkdə maraqlıdırlar ki, bu da iqtisadi artımla yanaşı, siyasi sabitlik də vəd edir. İstər Asiya, istərsə də Avropa dövlətləri yüklərinin keçdiyi ərazilərdə qeyri-sabitliyə və separatçılığa imkan verməzlər.

Mənzil-qərargahı Qazaxıstanda yerləşən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının baş katibi əvəzi Nurgül Jakupova bildirib ki, Mərkəzi Asiya respublikaları Orta Dəhliz üçün həm tranzit, həm də ixracatçı rolunda çıxış edir. Qazaxıstan və Türkmənistan Xəzərin sahilində yerləşdikləri üçün daha böyük tranzit imkanlarına malikdir. Digərləri isə Avropa ilə idxal-ixrac əməliyyatlarını asanlıqla həyata keçirə bilərlər. Onun fikrincə, Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü həm texniki, həm də geosiyasi baxımdan olduqca səmərəlidir. Bu səmərə ondan ibarətdir ki, Azərbaycanın yaratdığı nəqliyyat infrastrukturu sahəsində yüklər təkrar aşırmaya məruz qalmayaraq birbaşa mənzil başına çatdırılır. Digər tərəfdən, Azərbaycanın bölgədə sülh siyasəti dəhlizin aktuallığını artırır. ABŞ-nin Zəngəzur dəhlizini dəstəkləməsi isə xüsusilə əhəmiyyətlidir.

Məsələnin mahiyyəti Mərkəzi Asiya respublikalarının iqtisadi potensialındadır. 2026-cı ilin birinci yarısında Mərkəzi Asiya respublikalarının ÜDM-i 600 milyard dolları ötüb ki, bu da çox yüksək göstəricidir. Bu, 6,5 faiz artım deməkdir. Nadir yer metallarının dünya üzrə ehtiyatının 38 faizi Mərkəzi Asiyada yerləşir. Bunların işlənməsi və dünya bazarına çıxarılması üçün isə nəqliyyat dəhlizinə böyük ehtiyac var. ABŞ və Avropa ölkələri regiona sərmayə yatıraraq qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətindədir.

Ekspertlərin fikirlərindən belə aydın olur ki, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında razılaşmanın imzalanması regionumuza sülh və iqtisadi inkişaf gətirib. Bunun həyata keçirilməsində Prezident İlham Əliyevin reallaşdırdığı siyasət dayanır.

Əvvəlki Yazı

Ekspert:TRIPP çoxfunksiyalı regional enerji və nəqliyyat qovşağına çevrilə bilər

Növbəti Yazı

Altı ayda Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.