İyun 30, 2026-16:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan regional sabitliyə töhfə verən məsuliyyətli dövlət kimi çıxış edir- ŞƏRH

2026:02:19 - 17:20
in SİYASƏT
A A

Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin dərinləşməsi, qlobal təhlükəsizlik mühitində qeyri-müəyyənliyin artması və regional münaqişələrin transformasiyası fonunda Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik gündəliyinin müəyyənləşdirildiyi əsas siyasi platformalardan biri kimi çıxış edir. Belə mürəkkəb və transformativ mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin konfransda iştirakı və keçirdiyi çoxsaylı görüşlər ölkəmizin beynəlxalq sistemdə mövqeyinin möhkəmləndiyini və ardıcıl xarici siyasət kursunun uğurla həyata keçirildiyini nümayiş etdirən mühüm hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, dövlətimizin başçısının çıxış və müsahibələrində milli maraqlara əsaslanan prinsipial mövqeyimiz aydın və sistemli şəkildə ifadə olunub. Postmünaqişə mərhələsində Azərbaycanın əsas prioritetləri, xüsusilə də suverenliyin tam təmin edilməsi, beynəlxalq hüquqa əsaslanan davamlı və ədalətli sülhün əldə olunması, regional kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın genişləndirilməsi konkret və əsaslandırılmış şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu mövqe Azərbaycanın regional sabitliyə töhfə verən məsuliyyətli dövlət kimi çıxış etdiyini bir daha təsdiqlədi.

Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsini birləşdirəcək nəqliyyat marşrutu ilə bağlı məsələlər də müzakirələr zamanı xüsusi yer tutub. Prezident İlham Əliyev qeyd edib ki, sözügedən təşəbbüs yalnız infrastruktur layihəsi deyil, regionda yeni geoiqtisadi reallıqların formalaşmasına xidmət edən strateji istiqamətdir.

“Azərbaycanın öz ərazisində müasir nəqliyyat və logistika infrastrukturu yaratması dövlət siyasətinin ardıcıl və nəticəyönümlü xarakter daşıdığını göstərən önəmli məqamdır. Konfrans çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər enerji təhlükəsizliyi, nəqliyyat əməkdaşlığı və regional sabitlik məsələlərində Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiq etmiş oldu. Həmçinin qlobal maliyyə institutları ilə aparılan müzakirələr iqtisadi diplomatiyanın genişləndirilməsi və dayanıqlı inkişaf prioritetlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət kursu balanslaşdırılmış və praqmatik yanaşmaya əsaslanır. Qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə sadiqlik, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, eyni zamanda, milli maraqların qətiyyətlə müdafiəsi bu siyasətin fundamental istiqamətlərini təşkil edir”, – deyə A.Qurbanova vurğulayıb.

Əvvəlki Yazı

Peskov: Ukrayna görüşünün növbəti yeri Cenevrə danışıqlarının nəticəsindən asılı olacaq

Növbəti Yazı

Keçmiş şahzadə Endryu həbsi Britaniyada 500 ildən sonra ilk belə hadisədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.