İyun 26, 2026-22:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Respublikasının Silahlı Qüvvələri müstəqilliyin və milli təhlükəsizliyin etibarlı təminatçısıdır 

2026:06:26 - 17:50
in SİYASƏT
A A

Suveren dövləti səciyyələndirən əsas komponentlər sırasında onun qüdrətli hərbi gücə malik Silahlı Qüvvələri xüsusi yeri tutur. Təyinatı Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, milli təhlükəsizliyinin və milli maraqların təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi və digər əhəmiyyətli məqsədlərə xidmət edən Silahlı Qüvvələr şərəfli inkişaf yolu keçib. 1918-ci iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu təşkil olunub və bu tarixi hadisə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən rəsmi dövlət bayramı – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov bildirib. O xatırladıb ki, müstəqilliyin ilk illərində AXC-Müsavat hakimiyyəti dövrü Azərbaycanda hərc-mərclik, özbaşınalıq, iqtisadi, sosial, ictimai və siyasi həyatda xaos sürdüyü bir dövr kimi yaddaşlarda qalıb: “Həmin dövrdə nizami ordudan, silahlı qüvvələrdən əsər-əlamət yox idi. Belə bir acınacaqlı vəziyyət düşmənin torpaqlarımıza təcavüzünün getdikcə daha geniş miqyas alması və müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu cür mürəkkəb bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müxtəlif başıpozuq silahlı dəstələri ləğv edərək, nizami ordu quruculuğu prosesinə təkan verdi və qısa zaman kəsiyində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı, döyüş hazırlığı yüksək səviyyəyə gətirildi, ordu quruculuğu müasir beynəlxalq standartlara uyğun olaraq təşkil edildi. Ordu quruculuğu sahəsində ən mühüm addımlar sırasında görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması xüsusi olaraq qeyd edilməlidir. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına ciddi təkan verib”.

Deputat vurğulayıb ki, Ulu Öndərin ordu quruculuğu strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan Ordusu qısa zaman kəsiyində regionun ən qüdrətli ordusuna çevrildi: “44 günlük Vətən müharibəsi və qısamüddətli antiterror tədbirləri nəticəsində otuzillik işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alıb.

Dövlətimizin başçısnın qeyd etdiyi kimi, bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur”.

Əvvəlki Yazı

Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər

Növbəti Yazı

“Cəlal Bərgüşad” kitabının təqdimatı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.