İyul 8, 2026-8:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Rusiya tərəfindən vurulan “Embraer 190” təyyarə qəzasının araşdırılmasına dəstəyə görə ICAO-ya təşəkkür edib

2025:09:05 - 12:42
in SİYASƏT
A A
Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” təyyarəsində baş verən qəzanın araşdırılmasına xüsusi diqqət yönəltdiyi və Qazaxıstanın həyata keçirdiyi araşdırmaya qurumun davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Bern şəhərində ICAO-nun Baş katibi Xuan Karlos Salazar və Avropa və Şimali Atlantika Bürosunun Regional direktoru Nikolas Rallo ilə görüşündə bildirilib.

Məlumata görə, Azərbaycan tərəfi araşdırmaların ixtisaslaşmış və təcrübəli məhkəmə ekspertiza orqanları tərəfindən aparılmasının vacibliyini xüsusi vurğulayıb. ICAO isə qeyd edib ki, ətraflı və qərəzsiz istintaq aparılması Çikaqo Konvensiyasının 13 saylı əlavəsinin əsas tələblərindəndir.

Təşkilat üzv dövlətlərin qlobal aviasiya təhlükəsizliyi standartlarına riayət etməsinə dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib. Görüşdə həmçinin ICAO, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycanın aviasiya sənayesi arasında əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub. Azərbaycan tərəfi uçuş təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində qlobal standartların tətbiqinə dair ICAO siyasətinə dəstəyini bir daha bəyan edib.

Əvvəlki Yazı

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə iclası keçirilir

Növbəti Yazı

Naxçıvanda istirahət mərkəzində su üzərində olan platforma aşıb, bir ailənin 3 üzvü ölüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.