İyun 29, 2026-13:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Şuşanı siyasi-diplomatik mərkəzə çevirir

2025:09:18 - 15:17
in SİYASƏT
A A

Azərbaycan dövləti Şuşanı siyasi-diplomatik mərkəzə çevirir.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, son dövrlər diqqətçəkən məsələlərdən biri Azərbaycana gələn ali qonaqların paytaxtdan daha çox, Şuşada qarşılanmasıdır:

“Həmçinin regional və beynəlxalq tədbirlər də Şuşada və ya Xankəndidə keçirilir. Bu, özlüyündə çox əlamətdar və vacib məsələdir. Çünki bu qarşılanma və qəbullar onu deməyə əsas verir ki, Azərbaycan dövləti artıq Şuşanın, Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu dünyaya göstərir”.

Samir Hümbətov

Ekspert hesab edir ki, Türkiyədə İstanbul, İsveçrədə Davos, Almaniyada Münxen paytaxtla yanaşı önəm daşıdığı kimi, Azərbaycanda da Şuşa belə böyük əhəmiyyət kəsb edən bir şəhərdir:

“Şuşanın siyasi və strateji önəmi artır. Orada keçirilən tədbirlər xüsusi əhəmiyyət və maraq kəsb edəcək. O baxımdan düşünürəm ki, Azərbaycan Prezidentinin bütün protokol qaydalarına uyğun olaraq dövlət və hökumət başçılarını Şuşada qarşılaması, eyni zamanda, beynəlxalq və regional təşkilatların tədbirlərinin orada keçirilməsi dövlətimizin Qarabağa verdiyi önəmdir. Bu, dövlət başçısının “Bakı nə qədər önəmlidirsə, Şuşa da bir o qədər önəmlidir” mesajının ötürülməsidir”.

Əvvəlki Yazı

Şuşa artıq Türk dünyasının ortaq diplomatik və mənəvi mərkəzi kimi qəbul edilib – RƏY

Növbəti Yazı

Sabah Azərbaycanda hava necə olacaq?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.