İyul 1, 2026-22:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Türk dünyasının siyasi və geostrateji mərkəzlərindən birinə çevrilir 

2026:07:01 - 16:32
in SİYASƏT
A A

Azərbaycan Sovet İttifaqının yarandığı ilk illərdə – daha dəqiq desək, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdi. Həmin qurultay təkcə regionda deyil, bütövlükdə Türk dünyasında böyük əks-səda doğurmuş, elm, ədəbiyyat, tarix və milli düşüncə baxımından mühüm qərarların qəbul edildiyi bir platformaya çevrilmişdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O təəssüflə bildirib ki, Birinci Türkoloji Qurultayın iştirakçılarının böyük əksəriyyətinin sonrakı taleyi repressiyalar və ağır məşəqqətlərlə müşayiət olundu. Buna baxmayaraq, bu gün qürur hissi ilə deyə bilərik ki, tarixi varislik ənənələrinə sadiq qalaraq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlərin məhz Azərbaycanda keçirilməsi mümkün oldu.

Dövlətimizin başçısının Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciət və orada səsləndirilən əsas ideyalar bir daha göstərdi ki, Azərbaycan bu gün Türk dünyasının yaxınlaşması və inteqrasiyası prosesində aparıcı rol oynayır. Son illər Şuşada və Xankəndidə keçirilən beynəlxalq görüşlər, konfranslar və tədbirlər, eləcə də 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bu strateji xəttin mühüm mərhələləridir. Bununla yanaşı, azad edilmiş ərazilərdə türk dövlətlərinin iştirakı ilə həyata keçirilən bərpa və infrastruktur layihələri, türk irsi və mədəniyyətinin həmin torpaqlarda yenidən canlandırılması tarixi əhəmiyyət daşıyır.

“Bu gün Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzu da göstərir ki, Vətən müharibəsində qazanılan Qələbə təkcə ölkəmizin deyil, bütövlükdə Türk dünyasının mövqelərini gücləndirib. İqtisadi potensialı, əhali sayı və beynəlxalq nüfuzu artan Türk Dövlətləri Təşkilatı artıq qlobal miqyasda mühüm siyasi və iqtisadi aktorlardan biri kimi çıxış edir. Müstəqil Azərbaycan bu gün öz tarixini, milli kimliyini və əsrlər boyu formalaşmış mədəni irsini sərbəst şəkildə qiymətləndirmək imkanına malikdir. Qurultayda qəbul olunan qərarlar, irəli sürülən çağırışlar və müəyyənləşdirilən yol xəritələri, xüsusilə də “Türk Dünyası – 2040 vizyonu” strateji sənədi Prezident İlham Əliyevin postmüharibə dövründə həyata keçirdiyi strateji quruculuq siyasəti ilə uzlaşır və bu istiqamətdə atılan addımların əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün Azərbaycan ziyalıları və qələm adamları türk kimliyi, ortaq tarix və mədəni irs haqqında fundamental əsərlər yaradırlar.

Türk dünyasının ideoloji əsasları Əli bəy Hüseynzadə, Ziya Göyalp və digər görkəmli mütəfəkkirlərin irsində formalaşıb. Bu ideyalar xalqlar arasında həmrəyliyi, azadlığı və qarşılıqlı əməkdaşlığı əsas prinsip kimi qəbul edir. Məhz buna görə hesab edirəm ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə keçirilən belə beynəlxalq tədbirlər həm regionda, həm də dünyada formalaşan yeni təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsidir. Bütün bunların məhz Bakıda baş verməsi isə Azərbaycanın Türk dünyasının intellektual, siyasi və geostrateji mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir”,-deyə Z.Oruc əlavə edib.

Əvvəlki Yazı

Azim Abasov: “Satınalma sahəsində qanunvericilik 20 ildə təxminən 100 dəfə dəyişdirilib”

Növbəti Yazı

Tramp: İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.