İyun 12, 2026-22:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-Türkiyə münasibətləri “ortaq inkişaf və qarşılıqlı güclənmə” modelinə əsaslanır 

2026:06:12 - 14:51
in SİYASƏT
A A

Müasir dövlətlər arasında müttəfiqlik adətən siyasi, iqtisadi, təhlükəsizlik və geosiyasi maraqlar üzərində qurulur. Azərbaycan və Türkiyə arasında formalaşmış münasibətlərin təməlində isə təkcə praqmatik maraqlar deyil, həm də ortaq tarix, mənəvi bağlılıq və qarşılıqlı etimad dayanır. Bu münasibətlər klassik dövlətlərarası əməkdaşlıq çərçivəsini aşıb, “Bir millət, iki dövlət” fəlsəfəsinin real siyasi modelini yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində Azərbaycan-Türkiyə münasibətləri regionun ən güclü strateji müttəfiqlik formatlarından birinə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, müdafiə sənayesi, hərbi əməkdaşlıq, humanitar və mədəni əlaqələr üzrə həyata keçirilən layihələr iki ölkə arasındakı münasibətlərin sistemli və çoxşaxəli xarakter aldığını göstərir. Bununla yanaşı, dövlətlərimiz bir-birininin mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər beynəlxalq platformalarda ardıcıl şəkildə dəstəkləyirlər. Belə əməkdaşlıq iki dövlət arasında əlaqələri yüksək səviyyəyə çatdırmaqla yanaşı, həm də ümumilikdə Cənubi Qafqaz regionunun, Xəzər hövzəsinin və türk dünyasının geosiyasi arxitekturasına əhəmiyyətli təsir göstərir.

“2021-ci il iyunun 15-də Şuşada imzalanmış Şuşa Bəyannaməsi iki dövlət arasında strateji münasibətlərin zirvə nöqtəsini təşkil edir. O, təhlükəsizlik, müdafiə, hərbi əməkdaşlıq, xarici siyasətin koordinasiyası, enerji, nəqliyyat, humanitar əlaqələr kimi çoxsaylı istiqamətləri əhatə edir. Təhlükəsizlik maraqlarının qarşılıqlı şəkildə müdafiə olunmasına dair müddəalar isə bu sənədin strateji əhəmiyyətini daha da artırır. Bu mənada, Şuşa Bəyannaməsi həm iki dövlət arasında münasibətləri möhkəmləndirən hüquqi sənəd, həm də regionda yeni təhlükəsizlik arxitekturası formalaşdıran strateji platforma kimi dəyərləndirilir.

Şuşa Bəyannaməsinin qəbulundan sonra iki dövlət arasında hərbi əməkdaşlıq tədbirləri, müdafiə sənayesi üzrə birgə layihələr, yüksək hərbi texnologiyalarla təminat çoxalıb. Türkiyənin müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlar Azərbaycan üçün də yeni imkanlar yaradıb”, – deyə M.Ələsgərli əlavə edib.

Eskpert əlavə edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin ən mühüm xüsusiyyətlərindən biri onun hər iki dövlət üçün qarşılıqlı fayda yaratmasıdır. Bu münasibətlər “ortaq inkişaf və qarşılıqlı güclənmə” modelinə əsaslanır. İqtisadi göstəricilər də bunu aydın şəkildə təsdiqləyir. Türkiyə uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə 15 milyard ABŞ dollarına çatdırılması hədəflənib. Azərbaycan isə Türkiyə iqtisadiyyatına milyardlarla dollar həcmində investisiya yatırmış ən böyük xarici investorlar sırasında yer alır. Şuşa Bəyannaməsi isə bu uğurlu əməkdaşlığın hüquqi-siyasi manifesti, strateji yol xəritəsi və gələcək inkişafının əsas təminatçısıdır.

Əvvəlki Yazı

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

Növbəti Yazı

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.