May 1, 2026-22:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universiteti və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi əməkdaşlıq edəcək

2026:04:14 - 13:34
in SOSİAL
A A

Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, universitetin nümayəndə heyəti mərkəzdə yaradılan şəraitlə tanış olub, uşaqların qayğıları ilə maraqlanıb, onların əl işlərindən ibarət sərgiyə baxıblar.

Mərkəzin direktoru Kəmalə Ağazadə “Azərbaycan Uşaqları” İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin yaranma tarixi və məqsədi, həmçinin mərkəzdə yaşayan uşaqlar barədə geniş məlumat verib. Mərkəzin yeni binasının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə ərsəyə gəldiyini qeyd edib, onun uşaqlara qayğısı və hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətlərə toxunub.

Çay süfrəsi arxasında davam edən söhbət zamanı Kəmalə Ağazadə uşaqların sosial adaptasiyası, reabilitasiyası və təhsilə inteqrasiyası istiqamətində görülən işlər barədə danışıb, göstərilən diqqətə görə rektor Səadət Əliyevaya və universitet heyətinə təşəkkür edib. Rektor öz növbəsində mərkəzin uşaqlar üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, həssas sosial qruplara mənəvi dəstəyin vacibliyini vurğulayıb.

Sonda tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, anlaşma memorandumunun imzalanması ilə əməkdaşlıq rəsmiləşdirilib. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və mərkəzin direktoru Kəmalə Ağazadə imzalayıblar. Memoranduma əsasən, tərəflər öz resurs və təcrübələrindən istifadə edərək əməkdaşlığa başlayacaqlar.

Əvvəlki Yazı

Politico: Aİ liderləri Ukrayna da daxil olmaqla yeni üzv dövlətləri müzakirə etməkdən imtina edirlər

Növbəti Yazı

BŞTİ: Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.