Avqust 17, 2026-13:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universitetinə “QS Stars” mükafatı təqdim olunub

2025:11:28 - 15:09
in SOSİAL
A A

Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Avrasiya Forumu 2025” tədbiri çərçivəsində Azərbaycan Universitetinə “QS 4 Stars” mükafatı təqdim olunub. Universitetin fəaliyyətinin 4 ulduzla qiymətləndirildiyini təsdiq edən sertifikatı “Quacquarelli Symonds” təşkilatının prezidenti və idarə heyətinin sədri Nunzio Quacquarelli Azərbaycan Universitetinin rektoru Səadət Əliyevaya təqdim edib.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, bu mükafat tədrisin keyfiyyəti, beynəlmiləlləşmə, tələbə məmnuniyyəti və institusional inkişaf üzrə əldə edilən uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Universitetin “QS Stars” qiymətləndirməsində yüksək nəticə əldə etməsi onun fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir, qlobal təhsil məkanında nüfuzunun artmasına və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının daha da genişlənməsinə töhfə verir.

“Quacquarelli Symonds” tərəfindən hazırlanan və dünyanın ən nüfuzlu beynəlxalq qiymətləndirmə sistemi olan “QS Stars” universitetlərin fəaliyyətini çoxsaylı meyarlar üzrə qiymətləndirir. Buraya tədqiqat fəaliyyəti, tədrisin keyfiyyəti, infrastruktur, müxtəliflik, bərabərlik və inklüzivlik, beynəlmiləlləşmə, məzunların məşğulluğu, qlobal iştirak və bu kimi meyarlar daxildir. QS beynəlxalq qiymətləndirmə sistemi universitetlərin güclü tərəflərini obyektiv şəkildə göstərməklə, beynəlxalq mühitdə rəqabət qabiliyyətini artırır və onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Qeyd edək ki, Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti “QS Avrasiya Forumu 2025”də iştirak edib. Rektor Səadət Əliyeva forum çərçivəsində təşkil olunan “Sərhədləri aşan qadınlar: Avrasiya ali təhsilində yenilik yaradanlar” adlı panel müzakirəsində çıxış edib.

Əvvəlki Yazı

Putin: Budapeşt sammiti təklifi Trampdan gəlib

Növbəti Yazı

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun yekun hesabatı dinlənilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.