Aprel 24, 2026-20:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Latviya münasibətləri praktik və çoxtərəfli xarakter daşıyır

2026:04:22 - 15:55
in SİYASƏT
A A

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri və bu çərçivədə verilən mesajlar bir daha göstərir ki, ikitərəfli münasibətlər artıq formal əməkdaşlıq səviyyəsini keçərək real strateji tərəfdaşlıq mərhələsinə daxil olub. Xüsusilə müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması bu əlaqələrin təkcə siyasi deyil, həm də praktik və çoxtərəfli xarakter daşıdığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

Əməkdaşlığın sahə baxımından genişləndiyini diqqətə çatdıran deputat əlavə edib: “Daxili işlər, kənd təsərrüfatı, qida təhlükəsizliyi və xarici siyasət kimi istiqamətləri əhatə edən razılaşmalar tərəflərin əlaqələri sistemli şəkildə dərinləşdirmək niyyətində olduğunu ortaya qoyur. Bu isə münasibətlərin uzunmüddətli strategiya əsasında qurulduğunu deməyə əsas verir.

Tarixi kontekstə baxdıqda, 1994-cü ildə qurulan diplomatik münasibətlərin 2017-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təsadüfi deyil. Bu, illər ərzində formalaşan etimadın və qarşılıqlı maraqların məntiqi nəticəsidir. Hazırda yüksəksəviyyəli qarşılıqlı səfərlər və siyasi dialoq bu xəttin davamlılığını təmin edir”.

O bildirib ki, Latviyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi münasibətlərin siyasi etibar üzərində qurulduğunu göstərən mühüm amildir. Bu cür dəstək beynəlxalq platformalarda da əməkdaşlığı gücləndirən faktorlardan biridir. Eyni zamanda, iqtisadi və texnoloji sahələrdə əməkdaşlıq potensialı kifayət qədər genişdir. Xüsusilə logistika, infrastruktur və bərpaolunan enerji istiqamətləri gələcək üçün əsas prioritetlər kimi görünür. Azərbaycanın Cənubi Qafqazda, Latviyanın isə Avropada yerləşməsi bu iki ölkə arasında bir növ geostrateji körpü rolunun formalaşmasına imkan yaradır.

“Humanitar sahədə əlaqələr də diqqətdən kənarda qalmır. Latviyada yaşayan və təhsil alan azərbaycanlılar iki xalq arasında mədəni və sosial bağların güclənməsinə real töhfə verir. Bu isə münasibətlərin yalnız dövlət səviyyəsində deyil, cəmiyyətlərarası müstəvidə də inkişaf etdiyini göstərir.

Hazırda Azərbaycan-Latviya münasibətləri həm siyasi, həm iqtisadi, həm də humanitar istiqamətlər üzrə balanslı şəkildə inkişaf edir. Mövcud dinamika onu göstərir ki, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşərək regional və beynəlxalq səviyyədə daha əhəmiyyətli rol oynaya bilər”,- deyə N.Aslanov əlavə edib.

Əvvəlki Yazı

Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək

Növbəti Yazı

Politico: Ağ Ev NATO ölkələrinin qara siyahısını tərtib edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.