May 2, 2026-6:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan və Özbəkistan musiqiçiləri arasında əməkdaşlıq əlaqələri genişlənir

2026:04:10 - 15:59
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) ölkəmizdə səfərdə olan professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a MEMİM-dən məlumat verilib.

Tədbirdə çıxış edən MEMİM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin son illərdə böyük inkişaf yolu keçdiyini qeyd edib. Bildirib ki, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bədii kollektivlərin, sənətçilərin, elm və ədəbiyyat xadimlərinin mütəmadi səfərləri qardaş xalqlarımızı daha da yaxınlaşdırır.

Azərbaycan Milli Konservatoriyasının dosenti, bəstəkar, Əməkdar artist Vüqar Camalzadə iki ölkə arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini deyib. V.Camalzadə diqqətə çatdırıb ki, bu görüş Azərbaycan və Özbəkistan musiqiçiləri arasında yeni körpülərin qurulmasına vəsilə olacaq.

Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov) tərəfindən musiqi nömrələri səsləndirilib. Həmçinin ÖDK-nın professorları Bahadır Mirpayazov, Ruzbi Xocayeva, İlham İkramov və onların tələbələri özbək musiqi nümunələrini ifa ediblər.

Sonda Özbəkistan musiqiçilərinə Azərbaycanın qədim zərb alətlərindən olan qaval və dəf hədiyyə olunub.

Əvvəlki Yazı

Azərbaycan əsas tədarük bazarından qurudulmuş üzüm tədarükünü kəskin artırıb

Növbəti Yazı

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.