Aprel 24, 2026-17:00
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pislədi

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XİN-in bəyanatında vurğulanır ki, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu cür kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi:

“Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək bəraət qazandırılması və göz yumulması tamamilə qəbuledilməzdir. Ermənistanda hələ də güclü şəkildə mövcud olan revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı dərhal alınmalıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri təcili olaraq məsuliyyətə cəlb etməyə çağırıb.