Aprel 26, 2026-0:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan yanvarda türkdilli ölkələrlə 500 milyon dollarlıq ticarət aparıb

2026:03:03 - 11:25
in İQTİSADİYYAT
A A
Bu ilin yanvar ayında Azərbaycan və türkdilli ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 503 milyon 356 min ABŞ dolları təşkil edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır.

O cümlədən, ay ərzində Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 33 milyon 32 min ABŞ dolları olub ki, bunun da 10 milyon 260 min ABŞ dolları ixracın, 22 milyon 772 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 34 %, o cümlədən ixrac 80,2 %, idxal isə 19,9 % artıb.

Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 25 milyon 528 min ABŞ dolları olub ki, bunun da 5 milyon 490 min ABŞ dolları ixracın, 20 milyon 38 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 75,1 %, o cümlədən ixrac 2,1 dəfə, idxal isə 67,5 % artıb.

Qırğızıstanla ticarət dövriyyəsinin dəyəri 2 milyon 671 min ABŞ dolları olub ki, bunun da 2 milyon 239 min ABŞ dolları ixracın, 432 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 3,3 dəfə, o cümlədən ixrac 24,4 dəfə artıb, idxal isə 41 % azalıb.

Türkiyə ilə ticarət dövriyyəsinin dəyəri 431 milyon 732 min ABŞ dolları olub ki, bunun da 268 milyon 159 min ABŞ dolları ixracın, 163 milyon 573 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 10,7 %, o cümlədən ixrac 13 %, idxal isə 6,6 % azalıb.

Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstanla ticarət dövriyyəsinin dəyəri 3 milyon 754 min ABŞ dolları olub ki, bunun da 467 min ABŞ dolları ixracın, 3 milyon 286 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 34,3 % azalıb, o cümlədən ixrac 48 dəfə artıb, idxal isə 42,4 % azalıb.

Digər müşahidəçi üzv ölkə olan Türkmənistanla ticarət dövriyyəsinin dəyəri 6 milyon 639 min ABŞ dolları olub ki, bunun da 1 milyon 758 min ABŞ dolları ixracın, 4 milyon 881 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 74,8 % azalıb, o cümlədən ixrac 41,5 %, idxal isə 79 % azalıb.

Əvvəlki Yazı

Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir

Növbəti Yazı

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.