İyun 29, 2026-2:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan-Yaponiya ədəbi əlaqələri haqqında yeni monoqrafiya nəşr olunub

2026:02:17 - 13:58
in SOSİAL
A A

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə çapa tövsiyə edilmiş “Azərbaycan-Yaponiya əlaqələri: ədəbi körpülər, mədəni dialoqlar” adlı monoqrafiya işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyanın müəllifi Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusovadır.

Kitabda Azərbaycan və Yaponiya ədəbi əlaqələrinin formalaşma mərhələləri, tarixi inkişaf dinamikası və çağdaş vəziyyəti kompleks elmi yanaşma əsasında araşdırılır. Azərbaycan və Yaponiya kimi fərqli mədəniyyətə mənsub xalqlar arasında yaranmış ədəbi, mədəni və ideya əlaqələri əhatəli şəkildə öyrənilir. Tədqiqatda bədii tərcümənin rolu, Azərbaycan ədəbiyyatında Yaponiya mövzusunun təşəkkülü, yapon şeirinin təsiri, eləcə də publisistika, poeziya, memuar və səfərnamələrdə Yaponiya obrazının təqdimatı elmi-nəzəri baxımdan ümumiləşdirilir.

“Azərbaycan-Yaponiya əlaqələri: ədəbi körpülər, mədəni dialoqlar” kitabı Azərbaycanla Yaponiya arasında ədəbi və mədəni münasibətləri kompleks elmi yanaşma əsasında sistemli şəkildə araşdıran ilk fundamental tədqiqatlardan biridir.

Nəşrin elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir. Rəyçiləri türkiyəli professor Ali Merthan Dündar və filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevadır.

Əvvəlki Yazı

Tanınmış kardiocərrah məktəblilərlə görüşəcək

Növbəti Yazı

Folklor İnstitutunda türk xalqlarının mərasim folkloru araşdırılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.