May 15, 2026-19:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycana İspaniya və Cənubi Koreyadan turist axını 2 dəfə artıb

2024:12:13 - 13:53
in İQTİSADİYYAT
A A

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,2 %-i Rusiya Federasiyası, 16,1 %-i Türkiyə, 8,9 %-i Hindistan, 8 %-i İran, 4,1 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3 %-i Pakistan, 1,8 %-i Çin, 1,7 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Türkmənistan və Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 %-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan – 2 dəfə, Cənubi Koreyadan – 2 dəfə, Çindən – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,5 dəfə, Qazaxıstandan – 49,8 %, Pakistandan – 48,5 %, Omandan – 45 %, İordaniyadan – 41,6 %, Polşadan – 37,9 %, İtaliyadan – 37 %, ABŞ-dan – 35,2 %, İrandan – 30,4 %, Niderlanddan – 28,5 %, Türkmənistandan – 28,1 %, Almaniyadan – 28 %, Yəməndən – 27,7 %, Fransadan – 24,5 %, Səudiyyə Ərəbistanından – 22,7 %, Tacikistandan – 21,8 %, Misirdən – 20,8 %, Böyük Britaniyadan – 20,3 %, Rusiya Federasiyasından – 17,7 %, Özbəkistandan – 16,2 %, Ukraynadan – 15,9 %, Türkiyədən – 13,9 %, Moldovadan – 11,3 % artıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 % artaraq 106 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 % artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 % artaraq 905,8 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Əvvəlki Yazı

Putin Təhlükəsizlik Şurası ilə operativ iclas keçirəcək

Növbəti Yazı

Milli Məclisin sədr müavini “Şirməmməd Hüseynov mükafatı”nın qalibi olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.