“Report” Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.
4 ay ərzində qeydiyyata alınmış mülkiyyət hüququnun 21 584-ü və yaxud 18,7 %-i ilkin, 94 029-u və yaxud 81,3 %-i isə təkrar qeydiyyatın payına düşüb.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 24 821, mənzil üzərində 28 300, torpaq sahəsi üzərində 58 093, qeyri-yaşayış binası üzərində 1 072, qeyri-yaşayış sahəsi üzərində 3 096, əmlak kompleksi üzərində 196 və çoxmərtəbəli yaşayış binaları üzərində 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Yeni mülkiyyət hüquqlarının 31 544-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
Yanvar-fevralda 80 383 texniki pasport tərtib edilib, 19 566 ipoteka müqaviləsi qeydiyyata alınıb.
