Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında 12 milyard 943,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (88,4% artım), əczaçılıq məhsullarının istehsalı (53,9% artım), toxuculuq sənayesi (35,9% artım), tütün məmulatlarının istehsalı (18,4% artım), kağız və karton istehsalı (12,5% artım), qida məhsullarının istehsalı (9,6% artım), metallurgiya sənayesi (+9,5% artım), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (8,5% artım), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (8,3% artım), elektrik avadanlıqlarının istehsalı (7,6% artım), tikinti materiallarının istehsalı (7,3% artım) sahələrində olub.
