İyun 17, 2026-18:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda Süni İntellekt Akademiyası çərçivəsində 3 000 nəfərlik icma yaradılacaq

2026:06:09 - 15:12
in SOSİAL
A A
Azərbaycanda yaradılacaq Süni İntellekt Akademiyasında 3 000 nəfərlik süni intellekt cəmiyyətinin formalaşdırılması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi İbrahim Süleymanov Bakıda keçirilən Gənclər üçün Süni İntellekt Forumunun açılış mərasimində deyib.

Onun fikrincə, beynəlxalq təhlillər süni intellektin qlobal bazara əhəmiyyətli dərəcədə təsir göstərəcəyini ortaya qoyur:

“Milyonlarla insan iş proseslərini dəyişəcək. Bu reallıq bir daha aydın şəkildə göstərir ki, gələcəyin uğuru bilik bazarı və dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti ilə müəyyən olunacaq. ​Müasir dövrdə süni intellekt üzrə mütəxəssislərə ehtiyac sürətlə böyüyür. Bu isə onu göstərir ki, həmin istiqamətdə bilik əldə etmək hər bir gənc üçün geniş peşəkar perspektivlər yaradır”.

İ.Süleymanov bildirib ki, Azərbaycanda süni intellekt sahəsində ardıcıl və sistemli fəaliyyətlər həyata keçirilir:

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda süni intellekt üzrə bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə geniş əhatəli pulsuz tədris platformasının yaradılması və istifadəçi sayının 10 min nəfərə çatdırılması hədəflənir. Bu təşəbbüs minlərlə gəncin müasir biliklərə çıxış imkanlarını artırmaq baxımından mühüm rol oynayacaq. ​Bununla yanaşı, ölkədə Milli Süni İntellekt Akademiyasının qurulması, ən azı iki nüfuzlu xarici ali təhsil müəssisəsi ilə əməkdaşlığın təmin edilməsi, 500 mühəndisin yetişdirilməsi və 3 000 nəfərlik süni intellekt cəmiyyətinin yaradılması nəzərdə tutulub. Bu hədəflər Azərbaycanın gələcək rəqəmsal inkişafında insan kapitalının gücləndirilməsinə yönəlib”.

Əvvəlki Yazı

Azərbaycanda ötən il muzeyləri ziyarət edənlərin sayı 3 milyona yaxın olub

Növbəti Yazı

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.