İyul 2, 2026-3:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda təhsilin inkişafı arxiv sənədlərində

2026:02:19 - 13:38
in SOSİAL
A A

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində olan Şimali Azərbaycanda kapitalizmin inkişafı təhsil sahəsinə də müsbət təsir göstərmişdi. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin “Azərbaycanda təhsilin inkişafı arxiv sənədlərində” adlı sənədlər toplusunun II hissəsi XIX əsrin sonu – XX əsrin əvvəllərini əhatə edir.

AZƏRTAC xəbər verir ki, sənədlər toplusu Şimali Azərbaycanda təhsilin inkişafı, ona təsir edən amillər, Azərbaycan dilində təhsil verilməsi, milli dərsliklərin hazırlanması, dünyəvi təhsilin ön plana çıxarılması, milli məktəblərin formalaşdırılması və s. haqqında arxiv sənədlərini özündə ehtiva edir. Kitabın hazırlanmasında məqsəd XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali Azərbaycan ərazisində xalqın maariflənməsi, savadsızlığın aradan qaldırılması, milli kadrların hazırlanması və bütövlükdə təhsilin inkişafı sahəsində görülmüş işlərlə geniş oxucu kütləsini tanış etməkdir.

Kitabda sənədlərin kompüterdə yazılmış mətnləri ilə yanaşı, oxucuya sənədlərlə vizual tanışlıq imkanının yaradılması məqsədilə onların surətləri də yerləşdirilib. Sənədlərin bir çoxu ilk dəfə olaraq nəşr edilir.

Topluda sənədlər əsasən xronoloji, həmçinin mövzu və konkret sahələr (cəmiyyətlər, məktəblər və s.) üzrə ardıcıllıqla yerləşdirilib. Bu səbəbdən, bəzi hallarda xronoloji ardıcıllıq pozulub. Məlumat, hesabat, arayış xarakterli bəzi sənədlərin tarixi qeyri-müəyyən olduğundan onlar uyğun gələn illərə aid hissədə yerləşdirilib. Kitaba daxil edilmiş sənədlər xüsusiyyətlərinə görə çoxşaxəlidir. Bu sıraya müxtəlif qurum və təşkilatlarla, daha çox Qafqaz Tədris Dairəsinin qəyyumu, Bakı qradonaçalniki, Bakı quberniyası, Bakı-Dağıstan xalq məktəbləri direktorları ilə yazışmalar, ərizələr, cədvəllər və s. sənədlər daxildir.

Nəşrin məsul redaktoru filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur.

Əvvəlki Yazı

Azərbaycanın aqrar inkişafına dair yeni kollektiv monoqrafiya nəşr olunub

Növbəti Yazı

Peskov: “Ukrayna danışıqları ictimai müzakirəni əhatə etmir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.