May 22, 2026-20:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib

2026:05:19 - 11:14
in İQTİSADİYYAT
A A
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tekstil avadanlıqlarının standartlaşdırılması istiqamətində yeni dövlət standartları qəbul edib.

“Report” bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, bunlar, aşağıdakılardır:

AZS ISO 11111-1:2026 “Tekstil avadanlıqları – Təhlükəsizlik tələbləri – Hissə 1: Ümumi tələblər”.

AZS ISO 11111-2:2026 “Tekstil avadanlıqları – Təhlükəsizlik tələbləri – Hissə 2: Əyirmə üçün hazırlıq və əyirmə avadanlıqları”.

AZS ISO 11111-3:2026 “Tekstil avadanlıqları – Təhlükəsizlik tələbləri – Hissə 3: Toxunmamış materialların istehsalı avadanlıqları”.

AZS ISO 11111-4:2026 “Tekstil avadanlıqları – Təhlükəsizlik tələbləri – Hissə 4: İpliyin emal edilməsi, kanat və ip istehsalı avadanlıqları”.

AZS ISO 11111-5:2026 “Tekstil avadanlıqları – Təhlükəsizlik tələbləri – Hissə 5: Toxuma və trikotaj məhsulların hazırlanması avadanlıqları”.

AZS ISO 11111-6:2026 “Tekstil avadanlıqları – Təhlükəsizlik tələbləri – Hissə 6: Parça istehsalı avadanlıqları”.

AZS ISO 11111-7:2026 “Tekstil avadanlıqları – Təhlükəsizlik tələbləri – Hissə 7: Boyama və işləmə avadanlıqları”.

Bu dövlət standartlarının əsas məqsədi tekstil avadanlıqlarının təhlükəsiz istismarına şərait yaratmaq, istehsalat proseslərində risk səviyyəsini azaltmaq, işçilərin həyat və sağlamlığının müdafiəsini gücləndirmək, həmçinin müvafiq beynəlxalq standart və tələblərə uyğunluğu təmin etməkdən ibarətdir.

Sözügedən standart layihələri AZSTAND-ın təsis etdiyi “Tekstil sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartlar “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbulu nəzərdə tutulan “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında” texniki reqlamentin istinad standartları sırasına daxildir. Bununla yanaşı, həmin standartlar Avropa Parlamenti və Şurasının “Maşınlar haqqında” Direktivinin istinad standartlarıdır.

Əvvəlki Yazı

Azərbaycanın novator şairi

Növbəti Yazı

BTQ-nin icraçı direktoru: Bu gün neokolonializm ciddi problemlər yaradır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.