İyun 28, 2026-14:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın ABŞ-dakı səfirliyində Anım Gününə həsr olunmuş tədbir keçirilib

2025:09:30 - 10:19
in SİYASƏT
A A

Azərbaycanın ABŞ-dakı səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə Azərbaycan diaspor nümayəndələri və ABŞ-da təhsil alan tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışı zamanı səfir Xəzər İbrahim bildirib ki, şəhidlərin qanı Vətənimiz üçün Zəfərə yol açıb və hər bir azərbaycanlı əbədi olaraq onlara borcludur. O deyib ki, Azərbaycan Zəfəri yalnız meydanda deyil, eyni zamanda masada qazanıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan həm hərbi zəfəri, eyni zamanda da sülhü qazanıb.

“Biz bu gün fəxrlə deyirik ki, biz yalnız bölgədə deyil, eyni zamanda, dünyada da qalib bir millət, xalq, gənclərik. Gənclərin üzərinə düşən məsuliyyət odur ki, belə zəfərlərimiz çox olsun və mən əminəm ki, biz birlikdə buna nail olacağıq”, – deyə Xəzər İbrahim bildirib.

Daha sonra çıxış edən Azərbaycan diasporunun təmsilçisi Şamama Məmmədova 44 günlük müharibə zaman uzaqda olsalar da Vətənlə birlikdə eyni hissləri yaşadıqlarını dilə gətiriblər. O, bu hisslərin ifadəsi olaraq qızı ilə birlikdə 15 metrlik Azərbaycan bayrağı tikərək səfirliyin önündə və daha sonra müxtəlif ştatlarda dalğalandırıb. Şamama Məmmədova arzusunu gerçəkləşdirmək üçün bayrağı ötən il Şuşaya apardığını deyib və bayrağımızın hər zaman yüksəkdə olmasını diləyib.

Sonda 27 Sentyabr – Anım Günü ilə bağlı videosüjet nümayiş etdirilib.

Əvvəlki Yazı

Barselonada UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransının rəsmi açılış mərasimi keçirilib

Növbəti Yazı

Azərbaycanın qızıl ixracı 2 dəfədən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.