“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 3,1 %-i qədər olub.
Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 41,6 % artaraq 22 milyon 295 min dollar, bu ölkədən idxalının dəyəri isə 2,3 dəfə artaraq 273 milyon 968 min ABŞ dolları olub.
3 ay ərzində ABŞ-yə ixrac ümumi ixracın 0,4 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 6,8 %-ni təşkil edib.
