İyul 14, 2026-5:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ölkəmizi Şərqlə Qərbi birləşdirən etibarlı tərəfdaşa çevirib

2026:07:13 - 15:50
in SİYASƏT
A A

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın nəqliyyat bağlantıları və qonşu dövlətlərlə münasibətləri barədə səsləndirdiyi fikirlər ölkəmizin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu gün Azərbaycan əlverişli coğrafi mövqeyini güclü siyasi iradə, etibarlı tərəfdaşlıq və müasir infrastruktur layihələri ilə birləşdirərək Avrasiya məkanının əsas əlaqələndirici dövlətlərindən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurların əsasında yalnız coğrafi mövqe deyil, Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət dayanır. Azərbaycan bu gün həm Şərq, həm Qərb, həm Şimal, həm də Cənub istiqamətində etibarlı tərəfdaş kimi qəbul olunur. Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa dövlətləri ilə formalaşdırılan qarşılıqlı etimad mühiti ölkəmizin beynəlxalq nəqliyyat və logistika sistemində strateji mövqeyini daha da möhkəmləndirib. Orta Dəhlizin getdikcə artan əhəmiyyəti də məhz bu etimadın və uzunmüddətli dövlət siyasətinin nəticəsidir: “Azərbaycanın beynəlxalq nüfuzu təkcə nəqliyyat və enerji layihələri ilə məhdudlaşmır. Rəsmi Bakı uzun illərdir müxtəlif siyasi, mədəni və dini sivilizasiyalar arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir. Azərbaycan həm İslam dünyasının ayrılmaz üzvüdür, həm də Avropa institutları ilə səmərəli əməkdaşlıq edən etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatında fəal iştirakı, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində atdığı addımlar, eyni zamanda, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində həyata keçirilən layihələr bu balanslaşdırılmış siyasətin uğurlu nəticələridir”.

Nadir Azəri deyib ki, Azərbaycanın Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrlik etməsi də ölkəmizin beynəlxalq etimad qazandığını göstərən mühüm nümunələrdən biridir. Həmin dövrdə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, qlobal həmrəyliyin təşviqi və xüsusilə pandemiya dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da məsuliyyətli və etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi: “Nəqliyyat dəhlizlərinin inkişafı təkcə iqtisadi layihə deyil, həm də siyasi etimadın göstəricisidir. Beynəlxalq dəhlizlər yalnız yollar, dəmir yolları və limanlardan ibarət deyil. Onların səmərəli fəaliyyəti, ilk növbədə, dövlətlər arasında qarşılıqlı etimada, siyasi sabitliyə və uzunmüddətli əməkdaşlığa söykənir. Məhz buna görə də, bu gün Azərbaycanın həm Mərkəzi Asiya, həm Cənubi Qafqaz, həm Türkiyə, həm də Avropa ilə formalaşdırdığı münasibətlər Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, son illərdə Avropa üçün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların böyük hissəsinin Azərbaycan üzərindən həyata keçirilməsi ölkəmizin geostrateji mövqeyini daha da gücləndirir. Bu gün Azərbaycan yalnız coğrafi baxımdan deyil, siyasi etibarlılığı, çoxtərəfli əməkdaşlığa sadiqliyi və beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşması ilə də Şərqlə Qərbi birləşdirən əsas körpülərdən birinə çevrilib”.

Əvvəlki Yazı

Prezidentin yumşaq güc siyasəti Azərbaycanın nüfuzunun möhkəmlənməsinə xidmət edir

Növbəti Yazı

Şahin Bağırov: ÜGT-nin formalaşdırdığı prinsiplər bir çox ölkədə tətbiq olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.