İyul 9, 2026-21:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın balanslı diplomatiyası və artan nüfuzu Bakını qlobal dialoq üçün etibarlı ünvan kimi önə çıxarır

2026:04:27 - 18:09
in SİYASƏT
A A

Azərbaycan və Ukrayna arasında münasibətlərin təməlində ortaq tarixi təcrübə və oxşar çağırışlar dayanır. Hər iki dövlət müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü, suverenlik və təhlükəsizlik kimi fundamental məsələlərdə ciddi sınaqlarla üzləşib. Bu isə qarşılıqlı anlayışın və siyasi həmrəyliyin formalaşmasına gətirib çıxarıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, bu münasibətlər yalnız rəsmi diplomatik çərçivələrlə məhdudlaşmayıb, real dəstək və etimad üzərində qurulub.

Ekspert vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dövründə Azərbaycan beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe sərgiləyib.

“Bununla yanaşı, ölkəmiz Ukrayna ilə iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığını davam etdirib. Azərbaycanın Ukraynaya göstərdiyi yardım, xüsusilə enerji infrastrukturunun bərpasına verdiyi dəstək və sosial layihələrdə iştirakı onun məsuliyyətli tərəfdaş olduğunu bir daha təsdiqləyir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və çoxşaxəli xarici siyasət kursunun məntiqi nəticəsidir. Azərbaycan öz milli maraqlarını əsas götürərək heç bir geosiyasi düşərgənin təsiri altına düşmədən balanslı və praqmatik siyasət yürüdür”, – deyə o əlavə edib.

A.Camalın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərinin xüsusi diqqət çəkən məqamlarından biri onun geosiyasi kontekstidir: “Belə ki, səfər ərəfəsində Rusiyanın yüksəkvəzifəli nümayəndəsinin də Azərbaycanda olması ölkəmizin müxtəlif tərəflərlə, eyni zamanda, konstruktiv münasibətlər qura bildiyini nümayiş etdirir. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə körpü rolunu gücləndirdiyini və qarşıdurma tərəfləri üçün etibarlı ünsiyyət platformasına çevrildiyini göstərir”.

Ekspert qeyd edib ki, Ukrayna Prezidentinin Rusiya ilə mümkün danışıqlar üçün Azərbaycanı məkan kimi irəli sürməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək etimadın göstəricisidir.

“Ən önəmlisi odur ki, bu təklif qarşı tərəfdə də kəskin etirazla qarşılanmadı. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan artıq neytral və etibarlı vasitəçi kimi qəbul olunur. Müasir dünyada belə mövqeyə sahib olmaq olduqca mürəkkəbdir. Çünki əksər dövlətlər qlobal güc mərkəzlərinin təsiri altında fəaliyyət göstərir və ya müəyyən tərəflərdən birinin açıq dəstəkçisinə çevrilir. Azərbaycan isə fərqli yanaşma sərgiləyir – o, müstəqil aktor kimi çıxış edir, müxtəlif maraqlar arasında balans yaradır və qarşıdurma deyil, əməkdaşlıq mühiti formalaşdırır”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında ölkənin təşəbbüskar diplomatiyası da mühüm rol oynayır. Bakı müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, regional və qlobal səviyyədə dialoqu təşviq etməklə, həmçinin praktiki əməkdaşlıq layihələri reallaşdırmaqla öz mövqeyini daha da gücləndirir.

A.Camal vurğulayıb ki, qlobal miqyasda geosiyasi gərginliyin artdığı, beynəlxalq hüququn bəzən selektiv tətbiq olunduğu bir dövrdə Azərbaycanın ardıcıl və prinsipial mövqeyi onu fərqləndirən əsas amillərdəndir: “Bu gün Azərbaycan yalnız regionda deyil, daha geniş beynəlxalq müstəvidə sabitliyin, əməkdaşlığın və dialoqun təşviqinə töhfə verən unikal aktor kimi çıxış edir. Məhz buna görə də müxtəlif tərəflər Azərbaycanı qarşıdurmanın bir hissəsi kimi deyil, onun həllinə real töhfə verə biləcək etibarlı tərəfdaş və platforma kimi qəbul edir”.

Əvvəlki Yazı

“Sülh və Barışıq üçün Gernika mükafatı” tarixin acı dərslərindən çıxarılan nəticələrin gələcəyə yönəldiyini göstərir

Növbəti Yazı

Oğuzda akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.