İyun 4, 2026-21:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın enerji diplomatiyası yeni mərhələyə qədəm qoyub

2026:06:04 - 15:19
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklərdə formalaşdırdığı enerji strategiyasının nəticələrini və qarşıdakı dövr üçün müəyyənləşdirdiyi prioritetləri aydın şəkildə ortaya qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışı təkcə enerji sektorundakı mövcud vəziyyətin təqdimatı deyil, həm də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində artan rolunun, enerji diplomatiyasının yeni mərhələyə keçidinin və ölkənin qlobal tərəfdaş kimi mövqeyinin göstəricisidir.

Siyasi şərhçi qeyd edib ki, müstəqilliyin ilk illərində ciddi iqtisadi və təhlükəsizlik çağırışları ilə üzləşən Azərbaycan bu gün beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətlərdən birinə çevrilib. Bu transformasiyanın əsasını resursların səmərəli idarə olunması, ardıcıl strateji xətt və siyasi iradənin davamlılığı təşkil edir.

“Son 30 ildə Azərbaycanın keçdiyi yol göstərir ki, təbii resurslar yalnız sistemli idarəetmə və uzaqgörən siyasət şəraitində real inkişaf kapitalına çevrilə bilər. Bu gün ölkənin əldə etdiyi nəticələr enerji sektoru ilə məhdudlaşmır. Sosial rifahın yüksəlməsi, iqtisadi sabitliyin möhkəmlənməsi, müdafiə potensialının güclənməsi və müstəqil xarici siyasət kursu Azərbaycanın inkişaf modelinin əsas sütunlarını təşkil edir. Bu model bir çox ölkələr üçün öyrənilən və nümunə göstərilən təcrübəyə çevrilib. Prezident İlham Əliyevin çıxışında xüsusi önəm daşıyan məqamlardan biri ölkənin enerji resurs bazası və uzunmüddətli təminat imkanlarıdır. Təsdiqlənmiş qaz ehtiyatları həm daxili tələbatın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin uzunmüddətli təmininə imkan yaradır. Eyni zamanda, “Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağında həyata keçirilən “Deep Gas” layihəsi Azərbaycanın hasilat potensialını genişləndirərək beynəlxalq enerji bazarındakı mövqeyini daha da gücləndirir”, – deyə N.Azəri vurğulayıb.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyəti yalnız ənənəvi resurslara söykənmək deyil, eyni zamanda, yeni enerji istiqamətlərinə sistemli investisiyalar yönəltməkdir. Proqnozlara əsasən, günəş və külək enerjisi üzrə istehsal gücü gələn ilin sonuna qədər 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılacaq. Bu göstəricilər enerji sektorunun struktur baxımından yenilənməsini nümayiş etdirir. Ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı ölkənin enerji təhlükəsizliyini daha dayanıqlı edir. Onun sözlərinə görə, TANAP və TAP kimi strateji layihələr Avropanın enerji balansında Azərbaycanın mövqeyini möhkəmləndirib, 16 ölkəyə qaz ixracı isə ölkənin enerji bazarlarında etibarlı təchizatçı statusunu təsdiqləyib. Bu uğurların əsasında isə balanslaşdırılmış xarici siyasət, etibarlı tərəfdaşlıq mühiti və ardıcıl diplomatik fəaliyyət dayanır.

Nadir Azəri hesab edir ki, Prezident İlham Əliyevin enerji siyasətində diplomatiya ilə iqtisadi strategiyanın vəhdəti aydın görünür. Bu yanaşma Azərbaycanın regional enerji və logistika mərkəzi kimi rolunu gücləndirməklə yanaşı, ölkəni Orta Dəhlizin əsas iştirakçılarından birinə çevirir və Xəzərin şərq sahilində yerləşən dövlətlər üçün mühüm tranzit imkanları yaradır.

Zəngəzur dəhlizinə gəlincə, siyasi şərhçi bildirib ki, bu layihə Azərbaycanın geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək strateji təşəbbüslərdən biridir. Şərq-Qərb nəqliyyat xəttinin mühüm komponenti olacaq bu dəhliz regionlararası ticarət və logistikanın daha sürətli və səmərəli təşkilinə imkan verəcək: “Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda Ağ Evdə Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış sənəd regionda yeni siyasi və iqtisadi əməkdaşlıq mühitinin formalaşmasına ciddi təsir göstərib. Bu sənəd Cənubi Qafqazda sülh prosesinin möhkəmlənməsi və yeni kommunikasiya xətlərinin açılması baxımından strateji əhəmiyyət daşıyır”.

Nadir Azəri vurğulayıb ki, Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki çıxışı Azərbaycanın artıq yalnız enerji resursları ilə tanınan ölkə olmadığını, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.

Əvvəlki Yazı

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

Növbəti Yazı

Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.