May 26, 2026-22:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın kənd təsərrüfatında yeni mərhələ – mövcud nəticələr, çağırışlar və perspektivlər

2026:05:26 - 17:20
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki fikirləri təkcə bir sahənin vəziyyətinə verilən qiymət deyil, eyni zamanda, ölkənin iqtisadi inkişaf modelinin gələcək istiqamətlərini müəyyən edən strateji baxışdır. Çıxış göstərir ki, Azərbaycanda kənd təsərrüfatı artıq yalnız ənənəvi istehsal sahəsi kimi deyil, ərzaq təhlükəsizliyi, regional inkişaf, məşğulluq, sosial rifah və ixrac imkanları ilə birbaşa bağlı olan mühüm strateji istiqamət kimi qiymətləndirilir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O xatırladıb ki, Azərbaycanın müstəqilliyinin ilk illərində regionların və kənd təsərrüfatının üzləşdiyi problemlər kifayət qədər ciddi idi. Bölgələrdə infrastruktur zəif idi, kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün vacib olan enerji, su, yol və digər xidmətlər demək olar ki, lazımi səviyyədə deyildi. Məhz bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyevin 2004-cü ildə irəli sürdüyü ilk böyük təşəbbüslərdən biri Regional İnkişaf Proqramı oldu. Sonrakı dövrlərdə bu proqramların ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanda regionların inkişaf xəritəsini tamamilə dəyişdirdi.

“Bu proqramlar nəticəsində regionlar iqtisadi baxımdan canlandı, yeni iş yerləri açıldı, kəndlərdə həyat şəraiti xeyli yaxşılaşdı. Vaxtilə qaz təchizatının, demək olar ki, olmadığı ərazilərdə bu gün qazlaşma səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi təminatında mövcud problemlər tam aradan qaldırılıb və Azərbaycan artıq enerji ixrac edən ölkəyə çevrilib. Magistral yolların, kənd yollarının çəkilməsi, su anbarlarının inşası və suvarma sistemlərinin yenilənməsi kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb. Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər iri su anbarlarının tikilməsi, kanal sistemlərinin yenidən qurulması əkin sahələrinin su təminatını yaxşılaşdırmaqla yanaşı, məhsuldarlığın artmasına da mühüm təsir göstərib. Bütün bunlar kənd təsərrüfatında istehsalın yüksəlməsi üçün əsas şərtlərdən biri olub. Dövlət dəstəyi siyasəti də bu inkişafın əsas sütunlarından birinə çevrilib. Azərbaycanda tətbiq olunan subsidiya mexanizmləri bir çox ölkələrdən fərqli olaraq daha geniş və çoxşaxəlidir. Fermerlərə yanacaq, gübrə və digər istiqamətlər üzrə güzəştlər verilir, güzəştli kreditlər ayrılır, metodik dəstək göstərilir. Bu yanaşma kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb”, – deyə deputat vurğulayıb.

Bu siyasətin nəticələrinin konkret sahələrdə daha aydın göründüyünü bildirən S.Möhbalıyev deyib: “Bir vaxtlar tənəzzülə uğramış pambıqçılıq son illər ərzində yenidən dirçəlib. Vaxtilə istehsalı 20 min tona qədər azalan pambıqçılıqda bu gün istehsal 360 min tondan çoxdur. Eyni zamanda, məhsuldarlıq da dəfələrlə artıb. Baramaçılığın və ipəkçiliyin bərpası istiqamətində görülən işlər də öz nəticəsini verib. Lakin əldə olunan uğurlarla yanaşı, Prezident İlham Əliyev çıxışında bir sıra vacib problemləri də diqqətə çatdırdı. Son illər kənd təsərrüfatı istehsalındakı dinamikanın gözlənilən səviyyədə olmaması xüsusi vurğulandı. Bu isə yeni yanaşmaların və yeni proqramların hazırlanmasını zəruri edir. Müasir dövrdə kənd təsərrüfatı artıq yalnız torpaq və əmək resursları ilə məhdudlaşmır. Dünyada baş verən müharibələr, nəqliyyat marşrutlarında yaranan problemlər, enerji böhranları və iqlim dəyişiklikləri bir çox ölkələrdə ərzaq təhlükəsizliyi məsələsini əsas prioritetlərdən birinə çevirib. Bu baxımdan, Azərbaycanın da öz daxili imkanlarını daha səmərəli şəkildə səfərbər etməsi zərurəti yaranır”.

Deputatın sözlərinə görə, müşavirədə diqqət çəkən mühüm məsələlərdən biri kəndlərə qayıdış ideyasının irəli sürülməsi oldu. Son illər dünyanın bir çox ölkələrində müşahidə olunan urbanizasiya meyilləri kəndlərdən şəhərlərə miqrasiyanı gücləndirib. Prezident İlham Əliyev fərqli yanaşma ortaya qoyaraq qeyd etdi ki, məqsəd kəndlərdən şəhərlərə axını artırmaq deyil, əksinə, şəhərlərdən kəndlərə dönüş prosesinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün kəndlə şəhər arasındakı sosial və iqtisadi fərqlər minimuma endirilməlidir. Son illərdə bölgələrdə xəstəxanaların, məktəblərin, sosial obyektlərin tikilməsi də məhz bu strategiyanın bir hissəsidir. İnsanlar öz doğma torpaqlarında yaşamaq, işləmək və inkişaf etmək üçün zəruri şəraitə malik olmalıdırlar. Yeni Dövlət Proqramı həm də özəl sektor üçün mühüm çağırış xarakteri daşıyır. Dövlətin üzərinə düşən vəzifələrlə yanaşı, sahibkarların və investorların da prosesdə fəal iştirakı vacib hesab olunur.

“Artıq Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarşıdakı dövrdə əsas məqsəd təkcə istehsal həcmini artırmaq deyil, həm də məhsuldarlığı yüksəltmək, ixrac imkanlarını genişləndirmək, ərzaq təhlükəsizliyini möhkəmləndirmək və kənd həyatını daha cəlbedici etməkdir. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıya qoyulan hədəflər təkcə bugünkü məsələlərin həllinə deyil, həm də gələcək onilliklərin inkişaf strategiyasına xidmət edir. Bu isə Azərbaycanın kənd təsərrüfatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”, – deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.

Əvvəlki Yazı

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Növbəti Yazı

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.