Aprel 23, 2026-16:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var

2026:04:12 - 11:42
in MƏDƏNİYYƏT
A A

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin tarixi: ilk Azərbaycan şəhərləri” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhər icra hakimiyyətinin və filialın birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə təhsil müəssisəsinin foyesində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı ADPU Şəki filialının direktoru, dosent Vurğun Məmmədov açaraq, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyini diqqətə çatdırıb, il ərzində ölkəmizdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirilib ki, Prezidentin bu Sərəncamı müstəsna əhəmiyyət kəsb edir və dövlətimizin keçmiş tarixi-mədəni irsə yüksək dəyər verdiyinin, o cümlədən ölkəmizin 2020-ci ildə işğaldan azad edilmiş ərazilərində nəhəng bərpa-quruculuq işlərinin geniş miqyas aldığının göstəricisidir.

Konfransda, həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifovun “Bakı 2026: Ümumdünya Şəhərsalma Forumu”, filialın Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmovun “Azərbaycanın qədim şəhərsalma ənənələri”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənovun “Şəkinin XVI-XIX əsrlər şəhər tarixi” və Şəki “Yuxarı Baş” Milli Tarix- Memarlıq Qoruğunun memarı Sehran Məmmədovun “Xalq memarlığının Şəki üslubunu formalaşdıran fasad naxışları” mövzularında çıxışları dinlənilib.

Konfransın sonunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Əvvəlki Yazı

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Növbəti Yazı

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.