Avqust 18, 2026-0:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın Sülh Şurasına Təsisçi Üzv kimi dəvət olunması ölkəmizin xarici siyasətində yeni mərhələdir – ŞƏRH

2026:01:22 - 14:11
in SİYASƏT
A A

Beynəlxalq münasibətlər sistemində dövlətlərin real çəkisi yalnız hərbi və iqtisadi göstəricilərlə ölçülmür. Eyni zamanda, onların beynəlxalq təhlükəsizlik mexanizmlərində fəal iştirakı və sülh təşəbbüslərində oynadığı rol da ölkənin qlobal mövqeyini müəyyən edən mühüm amillərdir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın Sülh Şurasına Təsisçi Üzv dövlət qismində dəvət olunması ölkəmizin beynəlxalq sistemdə qazandığı siyasi etimadın, funksional rolunun və qlobal nüfuzunun məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, bu dəvət yalnız simvolik jest deyil. Belə ki, bu, Azərbaycanın artıq qlobal sülh diskursunda passiv müşahidəçi deyil, prosesin formalaşmasında fəal iştirak edən əsas aktorlardan birinə çevrildiyini göstərən mühüm hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, Azərbaycanın xarici siyasətində əsas prinsipial yanaşma milli maraqların qorunması ilə paralel olaraq beynəlxalq məsuliyyətin təmin olunmasıdır. Bu balans ölkəmizin beynəlxalq aləmdə etibarlı və qətiyyətli tərəfdaş kimi qəbul olunmasını təmin edən əsas amillərdən biridir. Beləliklə də, dövlətimiz nə hər hansı bir ideoloji bloklaşmanın tərəfdarıdır, nə də münaqişələri dərinləşdirən ritorikanın daşıyıcısıdır. Əksinə, Azərbaycan beynəlxalq hüquqa, suverenliyə hörmətə və qarşılıqlı etimad prinsiplərinə əsaslanan siyasi davranış modeli yaradaraq, konstruktiv və davamlı mövqeyini ardıcıl şəkildə nümayiş etdirir. Sülh Şurasında təsisçi üzvlük isə Azərbaycanın həm yeni öhdəliklər, həm də yeni imkanlar əldə etməsi deməkdir. Bu status ölkəmizə qlobal təhlükəsizlik və sülh mexanizmlərinin formalaşmasında iştirak etmək, həmçinin Cənubi Qafqazda əldə etdiyi sülhyaratma təcrübəsini beynəlxalq səviyyədə paylaşmaq imkanı yaradır. Azərbaycan regionda münaqişədən sonrakı normallaşma gündəliyini irəli sürərək göstərdi ki, sülh yalnız siyasi bəyanatlar üzərində qurulmur. Real sülh şəraitinin formalaşması üçün davamlı stabillik, iqtisadi əməkdaşlıq və institusional əlaqələrin qurulması zəruri şərtlərdir. Bu yanaşmanın əsas hədəfi isə Cənubi Qafqazı qarşıdurma bölgəsindən əməkdaşlıq və inteqrasiya məkanına çevirməkdir. Bu prosesdə isə liderlik amili xüsusi əhəmiyyət kəsb edir.

“Heç şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi xətti Azərbaycanı qlobal sistemdə məsuliyyətli, proqnozlaşdırılan və konstruktiv aktor modeli kimi təqdim edir. Dövlətimizin başçısının sülh və təhlükəsizlik strategiyası müvəqqəti kompromis və ya qısamüddətli siyasi dividendlərə deyil, uzunmüddətli sabitlik, davamlı inkişaf və regionda qarşılıqlı etimadın möhkəmləndirilməsinə əsaslanır. Bu strateji yanaşma isə öz növbəsində Azərbaycanı beynəlxalq platformalarda etibarlı tərəfdaş və təşəbbüskar kimi ön plana çıxarır. Azərbaycan–ABŞ münasibətləri də məhz bu nöqteyi-nəzərdən dəyərləndirildikdə kifayət qədər mühüm əhəmiyyətə malikdir. Beləliklə də, qarşılıqlı etimad və praqmatik maraqlar üzərində qurulmuş əməkdaşlıq təhlükəsizlik, nəqliyyat-logistika dəhlizlərinin qorunması və regional sabitliyin təmin olunmasında mühüm rol oynayır”,- deyə A.Qurbanova vurğulayıb.

Politoloq əlavə edib ki, ABŞ üçün Azərbaycan regionda balansı qoruyan etibarlı aktor, Azərbaycan üçün isə ABŞ qlobal siyasi sistemdə milli maraqların qorunması və mövqelərin möhkəmləndirilməsi üçün strateji tərəfdaşdır: “Azərbaycanın Sülh Şurasına Təsisçi Üzv kimi dəvət olunması ölkəmizin xarici siyasətində yeni mərhələdir. Bu mərhələdə Azərbaycan həm regional sabitliyin təminatçısı, həm də qlobal sülh gündəliyində məsuliyyət daşıyan və təşəbbüs göstərən aktor kimi çıxış edir. Belə ki, Azərbaycan artıq yalnız regional lider deyil, qlobal sülh təşəbbüslərinin formalaşmasında və beynəlxalq təhlükəsizlik mexanizmlərinin gücləndirilməsində fəal iştirak edən strateji tərəfdaş olaraq tanınır. Bu yeni status milli maraqlarımızın qorunması ilə qlobal məsuliyyətin birləşdirilməsinin faktiki təcəssümüdür və Azərbaycanın beynəlxalq arenadakı rolunu daha da möhkəmləndirir”.

 

Əvvəlki Yazı

Deputat: Milli maraqlar və regional münasibətlərdə sabitlik Azərbaycan üçün prioritetdir

Növbəti Yazı

ABŞ–Azərbaycan münasibətləri yeni strateji mərhələyə yüksəlir – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.