İyun 24, 2026-11:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında məktub mübadiləsi olub

2025:04:04 - 16:00
in SİYASƏT
A A

Aprelin 4-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.

C.Bayramov məktubunda vurğulayıb ki, ötən onilliklər ərzində ölkələrimiz arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib.

Onun sözlərinə görə, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla, hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib.

Azərbaycanın xarici işlər naziri qeyd edib ki, 2022-ci il fevralın 22-də Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb. Bu gün intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur. Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir.

Ceyhun Bayramov əmin olduğunu bildirib ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin ediləcək.

Rusiya xarici işlər nazirinin məktubunun mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Əvvəlki Yazı

BANM-də universitetlərin sülh və təhlükəsizliyin təşviqindəki rolu mövzusunda beynəlxalq seminar keçirilib

Növbəti Yazı

Naxçıvanda ovçu saxlanıldı, fermasında dağ keçiləri aşkarlandı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.