Avqust 4, 2026-0:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanlı alimin Əlişir Nəvai irsinə həsr olunmuş monoqrafiyası özbək dilində nəşr edilib

2026:07:31 - 11:05
in SOSİAL
A A

Özbəkistanda filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası özbək dilində çap olunub.

AZƏRTAC xəbər verir ki, əsərdə böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin yaşadığı sosial-mədəni mühit, mənəvi-əxlaqi dünyası və nəsr əsərlərinin xüsusiyyətləri geniş elmi təhlilə cəlb edilib.

Monoqrafiyada Nəvai dövrünün tarixi və ədəbi mühiti, eləcə də şairin elmi-filoloji və dini-təsəvvüfi irsi araşdırılıb. Əsər zəngin elmi materialı, yeni ədəbi mənbələrin təhlili və nəzəri nəticələri ilə nəvaişünaslığın inkişafına mühüm töhfə hesab olunur.

Əlişir Nəvainin irsini sevərək tədqiq edən Almaz Ülvi Binnətovanın bu tədqiqatı mükəmməl elmi-akademik üslubda, rəvan və maraqlı bir dillə qələmə alınıb. Əsər böyük həcmdə elmi materialı əhatə etməsi, xüsusi olaraq öyrənilməmiş ədəbi mənbələrin təhlilinə həsr olunması və nəzəri nəticələrlə zənginliyi sayəsində nəvaişünaslıq elminin gələcək inkişafına xidmət edir. Bu tədqiqatın təkcə azərbaycanlı mütəxəssislər və oxuculara deyil, həm də bütün türk xalqları ədəbiyyatşünaslarının diqqətinə təqdim edilməsi məqsədəuyğundur.

Kitab Özbəkistanda alim Azadə Narimovanın tərcüməsi, filologiya elmləri doktoru, professor Dilorom Salahinin məsul redaktorluğu ilə nəşr edilib.

Qeyd edək ki, tərcüməçi Azadə Narimova Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun müstəqil tədqiqatçısıdır və Əlişir Nəvainin nəsr irsinin öyrənilməsi istiqamətində elmi araşdırma aparır.

Əvvəlki Yazı

Canlı Sistemlərin Tədqiqi İnstitutu qrant layihəsinin qalibi olub

Növbəti Yazı

Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.