İyul 12, 2026-5:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanlı tədqiqatçının “Kutadqu Bilik”lə bağlı elmi araşdırması beynəlxalq jurnalda dərc olunub

2026:07:09 - 11:44
in SOSİAL
A A

Azərbaycanlı təhsil tədqiqatçısı, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi metodik jurnalının baş redaktoru vəzifəsini icra edən Böyükağa Mikayıllının “Kutadqu Bilik” əsərində türk pedaqoji konsepsiyası və çağdaş təhsildə tətbiqi” adlı elmi məqaləsi “Türkçülük Araştırmaları Dergisi”ndə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə XI əsrin görkəmli türk mütəfəkkiri Yusif Has Hacibin “Kutadqu Bilik” əsərində əks olunan pedaqoji ideyalar sistemli şəkildə təhlil edilib, onların müasir təhsil nəzəriyyələri və çağdaş təhsil sistemlərində tətbiq imkanları araşdırılıb.

Tədqiqat zamanı “Kutadqu Bilik” əsərinin dünyanın müxtəlif ölkələrində ayrı-ayrı aspektlərdən öyrənildiyi, xüsusilə Türkiyədə geniş tədqiqat obyektinə çevrildiyi müəyyənləşdirilib. Məqalədə əsasən türkiyəli alimlərin mövzu ilə bağlı elmi əsərlərinə istinad olunub. Araşdırmanın başlıca məqsədi əsərdə təqdim edilən türk pedaqoji konsepsiyasının əsas ideyalarını müəyyənləşdirmək və həmin ideyaların müasir təhsil baxımından əhəmiyyətini dəyərləndirməkdir.

Məqalədə qeyd olunur ki, “Kutadqu Bilik”də bilik və əxlaqın vəhdəti, kamil insanın formalaşdırılması, sosial məsuliyyət, idarəetmədə ədalətlilik, mənəvi yetkinlik, nizam-intizam və əxlaqlı övlad tərbiyəsi cəmiyyətin inkişafını təmin edən əsas amillər kimi təqdim edilir. Əsərdə qəhrəmanlar arasında qurulan dialoqlar vasitəsilə ləyaqətli, bilikli, ədalətli və məsuliyyətli şəxsiyyətin formalaşdırılması sosial rifahın və ictimai sabitliyin mühüm şərti kimi irəli sürülür. Tədqiqatda bu pedaqoji baxışların müasir sosial-emosional inkişaf, dəyərlər təhsili və şəxsiyyətyönümlü təlim yanaşmaları ilə səsləşdiyi vurğulanır. Məqalənin elmi yeniliyi klassik türk düşüncə irsinin çağdaş pedaqoji nəzəriyyələrlə inteqrativ şəkildə təhlil olunması və “Kutadqu Bilik”dəki ideyaların milli təhsil strategiyalarında tətbiq potensialının əsaslandırılması ilə bağlıdır.

Müəllifin qənaətinə görə, əsərdə irəli sürülən pedaqoji ideyalar müasir dövrdə dəyəryönümlü, etik düşüncəli, sosial məsuliyyətli və özünəinamlı şəxsiyyətin formalaşdırılması üçün mühüm nəzəri baza rolunu oynaya bilər.

Əvvəlki Yazı

Təsviri sənət istiqaməti üzrə bəzi komissiyalar üçün apellyasiya qeydiyyatı başlayıb

Növbəti Yazı

Botanika İnstitutunun alimləri Azərbaycanın briofit florası üçün üç yeni qaraciyərotu növü müəyyən ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.