Avqust 13, 2026-20:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanlı turistlərin xaricdəki xərcləri 12 %-ə yaxın azalıb

2026:08:04 - 13:20
in İQTİSADİYYAT
A A
Bu ilin I yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki turizm xərcləri 841 milyon 709,3 min manat təşkil edib.

“Report” rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azdır.

Yanvar-iyun aylarında ən çox vəsait nəqliyyata xərclənib. 6 ay ərzində azərbaycanlı turistlərin nəqliyyat xərcləri 326 milyon 284,4 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,4 % azdır.

Hesabat dövründə turistlərimizin yerləşmə xərcləri də azalıb. Bu məqsədlə 155 milyon 134,2 min manat xərclənib ki, bu da illik müqayisədə 31 % azdır.

Hesabat dövründə qidalanmaya çəkilən xərclər isə 173 milyon 648,7 min manat təşkil edib. Bu sahədə 7,6 % azalma qeydə alınıb.

Azərbaycan vətəndaşları xaricdə alış-veriş və hədiyyələr üçün isə 138 milyon 132,3 min manat sərf edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,5 % azdır.

Vətəndaşlarımız turpaketlərin alınmasına isə 31 milyon 240,6 min manat xərcləyib. Bu sahədə 1 il əvvəllə müqayisədə 22 % artım qeydə alınıb.

Azərbaycanlı turistlərin idman və əyləncə xərcləri isə 12,6 % azalaraq 5 milyon 267 min manata düşüb, mədəniyyət xərcləri isə 19,6 % artaraq 3 milyon 033 min manata çatıb.

Yanvar-iyun aylarında nəqliyyat vasitələrinin icarəsinə isə 1 milyon 502,7 min manat xərclənib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,5 % azdır.

Turistlərin digər xərcləri isə 23,8 % azalma ilə 7 milyon 466,4 min manat təşkil edib.

Vətəndaşlarımızın ayrı-ayrı ölkələrdə turizmə xərclədikləri vəsaitlərə gəlincə isə 6 ay ərzində Türkiyədə 344 milyon 885 min manat ( 6 % az), Rusiyada 132 milyon 813 min manat (11,7 % az), Gürcüstanda isə 61 milyon 724,6 min manat (54,7 % az) xərclənib.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 5,1 % azalaraq 937,4 min nəfər olub. Vətəndaşlarımızın 41,5 %-i Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 3,5 % çox), 17,1 %-i Rusiyaya (3 % az), 11,7 %-i Gürcüstana (0,2 % çox), 6,2 %-i İrana (41 % az), 23,5 %-i isə digər ölkələrə (7,7 %- az) gedib, 66,5 %-ni kişilər, 33,5 %-ni qadınlar təşkil edib.

Yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Əvvəlki Yazı

Ordubad Rayon İcra Hakimiyyətinə başçı təyin edildi

Növbəti Yazı

Dövlət Proqramı məzunu: Xaricdə təhsil təkcə diplom almaq deyil, ölkəni layiqincə təmsil etməkdir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.