Avqust 6, 2026-3:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərişıq” Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb

2026:08:04 - 16:49
in SOSİAL
A A

“Azərişıq” ASC Gədəbəyin bir sıra kənd və qəsəbələrində elektrik təsərrüfatını yenidən qurur.

ASC-dən AZƏRTAC-a bildirilib ki, görülən işlər nəticəsində Zəhmətkənd kəndinin 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenisi ilə əvəzlənib, abonentlər fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunublar. Kənddə 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Həmçinin yaşayış məntəqəsində 9 ədəd Komplekt Transformator Məntəqəsi (KTM), eləcə də yeni elektron tipli sayğaclar quraşdırılıb.

Yenidənqurma işləri təkcə Zəhmətkəndlə məhdudlaşmır. “Azərişıq” ASC Gədəbəyin ümumilikdə 6 kəndində – Arısu, Zəhmətkənd, Xarxar, Əlinağılar, Arıqıran və Qasımlıda elektrik şəbəkəsini tamamilə yeniləyir. Sadalanan kəndlərdə ümumilikdə 30 ədəd KTM quraşdırılıb. Bununla yanaşı Söyüdlü və Soyuqbulaqda da hər birində 250 kVA gücündə olmaqla yeni güc mərkəzləri yaradılıb.

Arıqıran kəndində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yaşayış məntəqəsinin 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənib, 9 ədəd müasir tipli KTM və yeni sayğaclar quraşdırılıb.

Növbəti mərhələdə Çanaqçı, Kərimli və İnəkboğan kəndlərinin elektrik şəbəkəsi yenilənəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Əvvəlki Yazı

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Növbəti Yazı

Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.