Avqust 15, 2026-13:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Azərpoçt”:  AZAL-ın qəzaya uğramış təyyarəsinə həsr olunmuş poçt markası dünyaya yayılacaq

2025:12:23 - 10:55
in SİYASƏT
A A
“Azərpoçt” MMC “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qəzaya uğramış J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının dünyaya yayılmasına çalışacaq.

“Report” xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev AZAL-ın təyyarə reysinin anımına həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, AZAL-ın qəzaya uğramış J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatının AZAL və “Azərpoçt”un birgə təşəbbüsü kimi həyata keçirilməsi “Azərpoçt” üçün xüsusi əhəmiyyət daşıyır: “Bu layihənin icrası iki dövlət qurumunun yalnız funksional deyil, mənəvi məsuliyyəti də bölüşdüyünün göstəricisidir. AZAL bu hadisənin tarixini yaşadan tərəfdirsə, “Azərpoçt” həmin tarixi ölkədən-ölkəyə, ünvandan-ünvana daşıyan körpüdür”.

İ. Mustafayev qeyd edib ki, bu poçt markasının sayəsində hadisə qurbanlarının xatirəsi daim yaşayacaq: “Azərpoçt” qarşıdakı 4 il ərzində Ümumdünya Poçt İttifaqı ilə münasibətlərdən istifadə edərək bu markanın bütün dünyaya yayılmasına çalışacaq”.

Sonda o həmçinin vurğulayıb ki, AZAL-ın əməkdaşlarının, pilot və təyyarə bələdçilərinin fədakarlığı sayəsində təyyarə qəzası zamanı insan itkisi az olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Əvvəlki Yazı

Bakıda rəqəmsal mühitdə uşaqların müdafiəsinə dair beynəlxalq konfrans keçirilir

Növbəti Yazı

WUF13 dünya şəhərsalma trendlərinin paylaşılması üçün mühüm platforma olacaq – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.