May 14, 2026-3:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azad olunmuş torpaqlarda qurulan yeni şəhər və kəndlər Azərbaycanın güclü dövlət konsepsiyasını nümayiş etdirir –

2026:05:13 - 12:36
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilanda yeni yaşayış məntəqələrinin açılışı zamanı keçirdiyi görüşlər artıq ənənəvi xarakter alıb. Bu görüşlər yalnız azad olunmuş torpaqlara qayıdan keçmiş məcburi köçkünlərlə təmas baxımından deyil, həm də regional və beynəlxalq siyasət üçün mühüm mesajların verilməsi ilə diqqət çəkir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

O bildirib ki, Prezidentin işğaldan azad olunmuş ərazilərdə əhali ilə görüşü zamanı vurğuladığı əsas məqamlardan biri 1990-cı illərdə formalaşmış geosiyasi düzənin artıq dəyişməsidir. Sovet İttifaqının dağılmasından sonra regionda etnik münaqişələr və dövlətlərarası qarşıdurmalar yeni siyasi təsir mexanizminə çevrilmişdi. Qarabağ münaqişəsi də böyük güclərin regional maraqlarının toqquşduğu əsas platformalardan biri idi. ATƏT-in Minsk qrupu illər boyu problemi həll etməkdən daha çox, bölgədə geosiyasi təsir vasitəsi kimi fəaliyyət göstərirdi.

“Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin qəbul etdiyi atəşkəs qərarı Azərbaycanın gələcək taleyi baxımından strateji addım idi. Bu qərar ölkə daxilində sabitliyin təmin olunmasına, iqtisadi və siyasi gücün formalaşdırılmasına, dövlət institutlarının möhkəmləndirilməsinə xidmət etdi. Ulu Öndər xalqı milli birlik ətrafında səfərbər edərək Azərbaycanın gələcək qələbəsinin təməlini qoydu.

Sonrakı illərdə Minsk qrupu çərçivəsində müxtəlif təşəbbüslər – Madrid prinsipləri, Kazan görüşləri və digər formatlar təqdim olunsa da, bunlar real nəticə vermədi. Əksinə, münaqişənin uzadılması böyük güclərin regionda təsir imkanlarını qorumaq məqsədi daşıyırdı. Qarabağ problemi bir çox hallarda enerji, təhlükəsizlik və regional maraqlar uğrunda siyasi alətə çevrilmişdi”,- deyə Z. Oruc qeyd edib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də bütün beynəlxalq platformalarda Azərbaycanın işğalla heç vaxt barışmayacağını qətiyyətlə bəyan edirdi. 44 günlük Vətən müharibəsi yalnız torpaqların azad olunması deyil, həm də regionda yeni geosiyasi reallığın formalaşması oldu. Azərbaycan öz suverenliyini bərpa etməklə yanaşı, illərlə bölgədə hökm sürən siyasi monopoliyanı da dağıtdı.

Bu qələbə nəticəsində ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyət imkanlarını itirdi. Ermənistan da yeni reallığı qəbul etməyə məcbur oldu və regionda vasitəçisiz dialoq mərhələsi formalaşdı. Azərbaycan göstərdi ki, beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe və siyasi iradə nəticəsində uzun illər davam edən münaqişələri həll etmək mümkündür.

“Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın yalnız hərbi deyil, siyasi, diplomatik və strateji qələbəsinin də real təzahürüdür. Azad olunmuş torpaqlarda qurulan yeni şəhər və kəndlər regionun gələcək inkişaf modelini müəyyənləşdirir və Azərbaycanın güclü dövlət konsepsiyasını nümayiş etdirir”,- deyə o əlavə edib.

Əvvəlki Yazı

Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək

Növbəti Yazı

Hüquqşünas: Azərbaycan beynəlxalq müstəvidə söz sahibi olan dövlətə çevrilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.