İyul 17, 2026-1:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır

2026:07:16 - 16:48
in İQTİSADİYYAT
A A
Son dövrlər sosial media platformalarında və müxtəlif internet resurslarında “AzerGold” QSC-nin adından istifadə edilməklə saxta investisiya və reklam kampaniyalarının təşkili hallarının yenidən aktivləşdiyi müşahidə olunur.

“Azergold”dan “APA-Economics”ə verilən məlumata görə, bu kampaniyaların əsas məqsədi vətəndaşların dövlət şirkətinə olan etibarından sui-istifadə etməklə onların maliyyə və şəxsi məlumatlarını ələ keçirmək, eləcə də maliyyə vəsaitlərini mənimsəməkdir. Bu cür fəaliyyətlər fişinq xarakterli kiberdələduzluq hücumlarının tərkib hissəsidir.

Məlumata görə, kiberdələduzlar “AzerGold” QSC-ni guya yüksək gəlir vəd edən investisiya layihələrinin təşkilatçısı kimi təqdim edir, şirkətin korporativ üslubundan, loqosundan və rəhbər şəxslərinin görüntülərindən qanunsuz istifadə edir, həmçinin rəsmi internet səhifəsini təqlid edən saxta veb-saytlara və keçidlərə yönləndirirlər. Bəzi hallarda vətəndaşlarla xarici ölkələrə məxsus telefon nömrələri və ya mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlanılaraq onlardan bank kartı rekvizitləri, şəxsiyyət vəsiqəsi məlumatları, birdəfəlik təsdiq kodları və digər məxfi məlumatlar tələb edilir.

“AzerGold” QSC bildirir ki, şirkət sosial şəbəkələr və ya digər qeyri-rəsmi platformalar vasitəsilə investisiya cəlb etmir, vətəndaşlardan maliyyə və ya bank məlumatları tələb etmir və bu cür saxta kampaniyalarla heç bir əlaqəsi yoxdur.

“Bütün bunlar nəzərə alınaraq, vətəndaşlara “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda şübhəli keçidlərə daxil olmamağı, fərdi və maliyyə məlumatlarını paylaşmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”, – məlumatda qeyd olunur.

Əvvəlki Yazı

Şuşa Qlobal Media Forumu qlobal siyasi dialoqun mühüm mərkəzlərindən birinə çevrilib

Növbəti Yazı

Texnobloger: Şuşa Qlobal Media Forumu media və süni intellektlə bağlı qlobal çağırışları ön plana çıxardı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.