İyun 24, 2026-13:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AzMİU-da 22 ölkədən alimlərin iştirakı ilə beynəlxalq konfrans işinə başlayıb

2026:06:23 - 14:20
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri”mövzusunda II beynəlxalq konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədris işləri üzrə prorektor professor Akif Qasımov AzMİU, Gürcüstan Universiteti, Yıldız Texniki Universiteti və Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransın dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçıları Bakıda bir araya gətirdiyini bildirib. Prorektor qeyd edib ki, belə beynəlxalq tədbirlər elm sahəsində əməkdaşlığın genişlənməsinə, yeni elmi əlaqələrin qurulmasına və qabaqcıl tədqiqat nəticələrinin müzakirəsinə əlverişli imkan yaradır. Onun sözlərinə görə, konfransın AzMİU-da keçirilməsi universitetin beynəlxalq elmi məkanda nüfuzunun artmasının göstəricisidir.

Qeyd olunub ki, ABŞ, Kanada, Almaniya, İsveç, Yunanıstan, Türkiyə, Gürcüstan və digər ölkələr daxil olmaqla dünyanın 22 ölkəsindən alimlərin iştirak etdiyi konfrans elmi biliklərin mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əvvəlki Yazı

Tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub

Növbəti Yazı

Qətər Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.