Aprel 24, 2026-6:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

2026:03:12 - 12:02
in İQTİSADİYYAT
A A

“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlığını artırmaq və alternativ enerji həllərini genişləndirmək istiqamətində yeni mərhələyə başlayıb.

Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, “Aztelekom” ilk dəfə olaraq Kürdəmir rayonunun Qarasaqqal və Mollakənd kəndlərində yerləşən GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) OLT (Optik Xətt Terminalı) stansiyalarında Günəş enerjisi sistemlərini quraşdıraraq alternativ enerji qida mənbəyi formalaşdırıb.

Layihə çərçivəsində hər iki stansiyada 5 kVt gücündə Günəş enerji sistemi quraşdırılıb. Qarasaqqal kəndində mövcud OLT stansiyası iki qrup 12V/100A AGM batareya ilə inteqrasiya olunmuş Günəş panelləri vasitəsilə alternativ enerji ilə təmin olunub.

Mollakənd kəndində isə dörd 48V/50A litium batareya ilə təchiz edilmiş 5 kVt-lıq Günəş sistemi istismara verilib. Layihələr üzrə planlama, tikinti və istismara təhvil prosesi tamamlanıb.

Tətbiq olunan həllər nəticəsində enerji təchizatında sabitlik gücləndirilib, kənar enerji kəsintilərinin xidmətə təsir riski azaldılıb və GPON şəbəkəsinin fasiləsiz fəaliyyəti əlavə təminat altına alınıb. Alternativ enerji sistemlərinin qurulması əməliyyat xərclərinin optimallaşdırılmasına və karbon emissiyalarının azalmasına da imkan yaradıb.

Qeyd edək ki, “Aztelekom” 2026-cı il ərzində bərpaolunan enerji mənbələrinin tətbiqini digər ərazilərdə mərhələli şəkildə genişləndirməyi planlaşdırır.

Əvvəlki Yazı

Müəllim və şagirdlər təxliyə edilib, “zərərçəkmişlər”ə yardım göstərilib – Məktəbdə təlim

Növbəti Yazı

“1news.az” xəbər saytının 19 yaşı tamam olur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.