Avqust 14, 2026-20:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bərdədə “Ulu Öndərə mənəvi borcum” kitabının təqdimatı olub

2025:09:03 - 15:52
in MƏDƏNİYYƏT
A A

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın “Ulu Öndərə mənəvi borcum” və araşdırmaçı, yazıçı-publisist Vaqif Osmanlının “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitablarının təqdimatı keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, “Ulu Öndərə mənəvi borcum” adlı kitab Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə, “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı isə Tərlan Musayevanın 70 illik yubileyinə töhfədir.

Bərdə Peşə Təhsil Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İctimai Birliyin sədri Güllü Eldar Tomarlı təqdimatı keçirilən kitablar haqqında geniş məlumat verib.

Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov qeyd edib ki, belə kitabın nəşri qürurvericidir.

“Ulu Öndərə mənəvi borcum” kitabı haqqında məlumat verərək Tərlan Musayeva vurğulayıb ki, əsərdə Ulu Öndərin zəhmət adamlarına verdiyi böyük qiymətdən söhbət açılır.

Şair Aqşin Hacızadə Ulu Öndər Heydər Əliyevin Tərlan Musayeva haqqında dediyi “Tərlan bütün respublika gənclərinə nümunədir” sözlərini xatırladıb və Tərlan xanıma həsr etdiyi şeiri səsləndirib.

Rayon 2 nömrəli kitabxananın müdiri Nərgiz Cəfərova, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov və digər qonaqlar Tərlan Musayevanın keçdiyi şərəfli ömür yolundan danışıblar.

Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbi ansamblının üzvləri musiqi nömrələri ilə çıxış ediblər.

Əvvəlki Yazı

Dövlət Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək

Növbəti Yazı

“Nəsimi dastanı” baleti Nəsimi festivalında yeni quruluşda təqdim olunacaq 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.