İyun 25, 2026-0:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bərpa olunmuş eksponatlarla bağlı müzakirə aparılıb

2025:10:06 - 16:21
in MƏDƏNİYYƏT
A A

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində (MSXƏEBM) Elmi Bərpa Şurasının növbəti iclası olub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə uyğun olaraq Azərbaycan Dövlət Rəsm Qalereyasının və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin bərpa olunmuş eksponatlarının nəticələrinə baxış keçirilib, həmçinin Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə məxsus xalça nümunəsinin bərpa prosesi müzakirə olunub.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın sədrliyi ilə keçirilən iclasda Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Taryer Bəşirov, MSXƏEBM-nin elmi işlər üzrə direktor müavini İranə İbrahimova, Baş fond mühafizi Pakizə Almazova, MSXƏEBM-nin şöbə müdirləri, elmi işçiləri və bərpaçı-rəssamları iştirak ediblər.

Müzakirəyə təqdim edilən bərpa olunmuş əşyalar əsasən heykəltaraşlıq, qrafika, rəngkarlıq əsərlərindən ibarət olub. İclasda Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva və bərpaçı-rəssamlar əşyalar üzərində aparılan bərpa və konservasiya prosesləri barədə məlumat verib.

Sonda Şura üzvləri təqdim olunan eksponatların bərpa işlərinin məqsəd və prinsiplərə uyğun şəkildə aparıldığını vurğulayaraq görülən işləri qənaətbəxş hesab ediblər. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

 

Əvvəlki Yazı

Qreta Tunberq və daha 170 Sumud donanmasının fəalı İsraildən deportasiya edilib

Növbəti Yazı

Sirski: Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzləri hava hücumu təhlükəsi səbəbindən ölkə ərazisinə köçürülür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.